Azərbaycan Kommunist Partiyası bolşeviklər tərəfindən yaradılmış kommunist ideologiyalı siyasi partiyadır. 1920-ci il fevralın 11-12-sində ilk qurultayını keçirmişdir. SSSR-inin süqutundan sonra 1991-ci ilin sentyabr ayının 14-də Azərbaycan KP-nın fövqəladə qurultayının Nizamnamə tələblərinə zidd, qeyri-qanuni qərarı ilə 400 mindən artıq üzvü olan partiyanın fəaliyyəti dayandırılmışdır. Bu cür qərara müqavimət göstərənlərin sayı respublikada çox az olub.
1993-cü ilin əvvələrindən Kommunist Partiyasının respublikada fəaliyyətini bərpa etmək üçün bir neçə nəfər təşəbbüs göstərərək, müəyyən hazırlıq işləri aparıblar. Onlardan biri də Əhmədov Ramiz Haşım oğlu olub.
27 noyabr 1993-cü il tarixdə Azərbaycan KP-nın XXIX (I) bərpa-təsis qururtayı keçirilib. Qurultay Əhmədov Ramiz Haşım oğlunu Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsinin sədri seçmişdir.
Hal-hazırda Azərbaycan Kommunist Partiyasının sədri Hacıyev Hacı Abdulla oğludur.


Xəbər Lenti