1 MAY


01.05.2019



K. Marks və F. Engels vaxtı ilə fəhlə hərəkatının nəzəriyyəsini və praktikasını hazırlayarkən fəhlə sinfinin kapitalistlər tərəfindən istismarından necə azad olmaları, iqtisadi və siyasi azadlıqlarını əldə etmələrinə nail olmaları yollarını analiz edərək qənaətə gəlmişlər ki, bunu yalnız fəhlə sinfi özü edə bilər.

Marksizm-Leninizm insanın insan tərəfindən istismarına qarşı çıxır və buna son qoymaq üçün şüurlu , düşüncəli “özlərinin hərəkatının məqsədini başa düşməli və onu düzgün dərk etməlidir” qənaətinə gəlmişlər.

1886-cı ildə ABŞ-ın Çikaqo fəhlələrinin mərd və faciəli çıxışları 1 May beynəlxalq nümayişinin başlanğıcı olmuşdur.

Azərbaycan KP MİK Rəyasət heyəti respublikamızın zəhmətkeşlərini 1 May beynəlxalq həmrəylik günü münasibəti ilə təbrik edir! Əqidəli, cəsur, mərd zəhmət adamlarını Lenin partiyasının sıralarına dəvət edir.

Yaşasın dünya zəhmətkeşlərinin həmrəylik günü 1 MAY!

Azərbaycan KP MİK Rəyasət heyəti