Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəşi Rəyasət heyətinin
Təbriki!
Dünya xalqları zalımların və soyğuncuların əlindən,yalandan,həyatın durğunluğundan,sətalət və qaranlıqdan qutarmağın ən doğru yolunu göstərməyi bacarmışlar.
Bu yol yalançı və riyakarların əlində xalqı aldatmaq vasitəsi olmuş əlçatmaz behişt,hüri və qılman vədləri deyil, insanın bu dünyada,real həyatda çata biləcyi nemətlərdir.
Antihumanist burjua cəmiyyətinin əsası çürümüşdür,onun bünövrəsində sadə insana xəyanət dayanır.Burjua cəmiyyəti insanı anadangəlmə naqisliyə,əxlaqsızlığa sürükləyir.Bu zəmində istehsal ələtlərini və vasitələrini oğurluq yolu ilə mənimsəyən ındiki azlıq təşkil edən istismarçı qrup digər çoxluğu təşkil edənlərin əməyini mənimsəyir,insanın insan tərəfındən istismarını indiki zamanda da davam etdirirlər.
1886-cı ilin may ayının 1-də amerikanın Çikaqo fəhlələri 8 saatlıq iş günü tələbi ilə tətil etmişlər... .
1889-cu ilin iyulunda II İnternsionalın Paris konqresi hər il mayın 1-nin Çikaqo fəhlələrinin anım günü kimi qeyd olunması və yeni tələblərin irəli sürülməsi və nümayişlərin keçirilməsi haqda qərar qəbul etmişdir.
İlk dəfə zəhmətkeşlərin beynəlxalq həmrəylik günü 1890-cı ildə Avstriya-Macarstan, Belcika, Almaniya, Danimarka, İspaniya, İtaliya, ABŞ, Norveç, Fransa, İsvrçrə və s. ölkələrdə qeyd olunub.
1917-ci ildə ilk dəfə 1 MAY Rusiya imperiyasının şəhərlərinidə açıq halda nümayişlər keçirilmişdi.
Artıq otuzildir ki, bu kütləvi nümayişlər bizim respublikada qeyd olunmur.
Ümumdünya irtica qüvvələrinin dünya zəhmətkeşlərinin həmrəyliyinə qoyduqları qadağalar müvəqqətidir.
Zəhmətkeşlərin mənafryini ifadə edən sosialist ictimai quruluşunun bərpa edilməsi uğrunda mübarizə aparmaq üçün respublikamızın sağlam qüvvələrini təşkilatlanma prosesini davam etdirən Azərbaycan Kommunist Partiyasının sıralarına dəvət edirik.
Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyəti partiya üzvlərini və təəssübkeşlərini zəhmətkeşlərin Beynəlxalq həmrəylik günu -1May münasibəti ilə təbrik edirik!
Azərbaycan KP MİK Rəyasət heyəti