9 May Bakı


11.05.2021



9 May 2021-ci il tarixdə səhər saat 11-00-da Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyətinin Böyük Vətən müharibəsinin 76-cı ildönümü münasibəti ilə təşkil etdiyi 
bayram tədbirində bir qrup yoldaşlar iştirak etmişlər. Tədbirdə iştirak edənlər Bakının Yasaçal rayonu ərazisində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin heykəli yerləşən parkda yığılaraq heykəl önünə gül dəstələri qoymuşlar və dəhşətli müharibədə 
rəşadətli Sovet Ordusunun və qəhrəman Sovet xalqının fədakarlığı haqqında xatirələr söyləmişlər.
Yaşasın Böyük Vətən müharibəsinin 76-cı ıldönümü!

Azərbaycan KP MİK Rəyasət heyəti