AKP İmişli rayon təşkilatı


2017-10-27 14:21:27



Azərbaycan Kommunist Partiyası İmişli rayon təşkilatının partiya aktivinin 27 oktyabr 2017-ci il tarixdə növbəti yığıncağı keçirilmişdir.
Yığıncaq Böyük Oktyabr sosialist inqilabının 100 illik yubileyinə həsr olunmuş İmişli rayon təşkilatının birinci katibi Rüstəm Qüdrətovun məruzəsini dinləmişdir.
Yığıncaq iştirakçıları sosializmin 70 il ərzində əmək adamına böyük nemətlər bəxş etdiyini, əsl xalq ictimai quruluşunun cəmiyyətin tərəqqisinə dair elmi kommunizmin banilərinin uzaqgörənliklə söylədikləri fikirlərin həyata keçirilməsinə əməli işlər görüldüyünü qeyd etmişlər.
Kommunistlərin yığıncağı partiya təşkilatlarının üzvlərinə V.İ.Leninin təliminin dərindən öyrənilməsini tövsiyə etmişdir.

Azərbaycan Kommunist Partiyası MİK-in Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyinə hazırlıq üzrə Yubiley Komitəsı.