25.07.2020
Azərbaycan Kommunist Partiyası
MİK Rəyasət heyətinin Məlumatı.
13 iyul 2020-ci il tarixdə AKP Lənkəran rayon təşkilatının üzvləri Ermənistan ordusunun atəşkəsi pozaraq qəfildən Tovuz rayonu ərazisinə silahlı basqın etməsi ilə əlaqədar etirazını bildirmiş və müraciət qəbul etmişdir:
"Ermənistan Azarbaycanın ərazi bütövlüyünə qəsd etməyə cəhd edərək ölkəmizin Tovuz rayonu istiqamətində sərhədlarimizi pozmuşlar.Ordumuzun əsgər və zabitləri düşmənə layiqli cavab verərək,onlann atəş nöqtələrini məhv etmişlər.Döyüş zamanı əsgər və zabitlərimizdən yaralanan və şəhid olanlar var.
İnsanlarımıza heç olmadığı kimi, indi daha çox sevgi və mehribançılıqla yanaşmaq lazımdır. Biz bir-birimizi sevməli və bir-birimizə qarşılıqlı hörmət bəsləməliyik. Onsuz da, dünyanın ən gözəl məkanı olan Azərbaycan və onun xalq karonavirus bəlasına qarşıölüm-dirim mübarizəsini aparır.
Ona görə də, bu gün, Azərbaycan dövlətçiliyinə və onun ordusuna qarşı ölkə daxilində va xaricində təxribatçı qüvvələrə qarşı mübarizədə bütün xalq ölkənin Ali Baş Komandanın ətrafında birləşməyə borcludur.
Bizim hər birimiz tarixin dərslərindən nəticə çıxartmalı , şəxsi həyatımızda olan çatışmamazlıqları, yəni, düşüncə tərzimizi yeniləşdirməklə yeni bir həyatın qurucularından biri olmağa çalışmalıyıq. Bu yeni həyatımız Azarbaycanın işğal olunmuş torpaqlarını erməni quldurlarından azad etməklə başlanacaqdır. Bu yolda, hər birimiz şəhid olmağa mənən hazır olmalıyıq. Bu yolda, Azarbaycan xalqının tərkib hissəsi olan Azarbaycan Kommunist Partiyasının Lənkəran rayon komitəsinin kommunistləri, insanlığa qarşı yönələn bütün cinayətkar fəaliyyətlərə qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanındadırlar.
Bütün Azərbaycan xalqı kimi Lənkəran rayon kommunistləri də işğal olunmuş torpaqlanmızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizə Allahdan rəhmət diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. "
15.07.2020-ci il
Azərbaycan KP MİK Rəyasət heyəti.