AKP Lənkəran rayonu Şiləvar ərazi ilk partiya təşkilatının tədbiri haqqında


07.11.2019



3 noyabr 2019-cu il tarixdə AKP Lənkəran rayon təşkilatının Şiləvar ərazi ilk partiya təşkilatının Böyük Oktyabr sosialist inqilabının 102-ci ildönümü ilə əlaqədar keçirdiyi tədbirdə Lənkəran rayon komitəsinin büro üzvləri də iştirak etmişlər. Tədbirdə Lənkəran rayon komitəsinin I katibi  Yaşar Qafarov  çıxış edərək Böyük Oktyabr sosialist inqilabının SSRİ xalqlarına bəxş etdiyi siyasi-iqtisadi naliyyətləri haqqında məlumat vermişdir. Rayon partiya təşkilatının tədbirlər planına uyğun SSRİ-nin görkəmli dövlət xadimi İ. V. Stalinin anadan olmasının 140 illiyinə həsr olunan, "İ. V. Stalinin 1941-45-ci illərdə qələbənin təmin olunmasındakı roluna aid"  çıxış dinlənilmişdir.

AKP MİK Rəyasət heyəti