AKP MİK-in və MNTK-nın birgə plenumu haqqında


17.09.2017



Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının birgə növbəti plenumu haqqında məlumat.

17sentyabr 2017-ci il tarixdə səhər saat 11-00-da partiyanın mərkəzi qərargahında Azərbaycan KP MİK-in və MNTK-nın birgə plenumu kecirilmişdir. Plenum gündəliyin məsələlərini, reqlamentini müzakirə edərək onları təsdiq etmiş və gündəliyin məsələlərinin müzakirəsinə başlamışdır:
1.Təşkilati məsələ;
2. Azərbaycan KP MİK -in və MNTK-nın birgə plenumunun(Yanvar 2017-ci il tarixli) qərarlarının- ideoloji işin şəhər, rayon partiya təşkilatlarında yerinə yetirilməsinin təşkilinə dair zona koordinatorları Bəhram Mürşüdovun, Rüstəm Qüdrətovun, Eynulla Paşayevin hesabatları;
3. AKP MİK-in maliyə vəziyyətinə dair AKP MNTK-nın Arayışının müzakirəsi(Məruzəçi AKP MNTK-nın sədri A.Orucov);
4.AKP MİK-in "Böyük Oktyabr sosialist inqilabının 100 illik yubileyi qarşısında" tədbirlər planına uyğun mühazirələrin partiya aktivi ilə birgə müzakirəsi haqqında AKP MİK sədri H.Hacıyevin məlumatını dinləyərək uyğun qərarlar qəbul etmişdir
Birgə plenumun gündəliyinin məsələlərinin müzakirəsində Süleyman Süleymanov (Sumqayıt ŞT), Aqşin Mustafayev (Binəqədi RT), Bəhram Mürşüdov (Qəbələ RT), Eynulla Paşayev (Masallı RT), Rüstəm Qüdrətov ( İmişli RT),Valeh Əliyev (İmişli RT), Vitaliy Vadulin, Ələsgər Xəlilov (Nərimanov RT), Hacı Hacıyev çıxış etmiş və təkliflərini vermişlər.
Plenum iştirakçıları 1996-cı ildə partiyadaxili qruplaçma yaradan və bu əməllərinə görə layiqli cavablarını alaraq, partiya sıralarından xaric olunanların növbəti dəfə saxtakarlıqlarına görə əməlləri Xətai rayon təşkilatının üzvləri tərəfindən ifşa olunmaları sənədləri ilə tanış olmuş və bu haqda təşkilatın birinci katibi Əmrulla Şirvanovdan ətraflı məlumat almışlar.

Plenum qeyd etmişdir ki, T.Nurullayev, R.Həsənov, B.Hacıyev və digərləri təmsil olunduqları partiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyi və fəaliyyətləri ilə bağlı başqa məsələlər barədə partiya üzvlərinə yalan məlumat vermiş, həqiqəti uzun müddət gizli saxlamışlar.

Plenum nəzərə almışdır ki, AKP MİK-in Rəyasət heyətinin 28 oktyabr 1996-cı il tarixli qərarı ilə Azərbaycan KP Nizamnaməsinin tələblərinə əməl edilmədən 26 oktyabr 1996-cı il tarixdə saxtakarlıqla qurultay keçirildiyi üçün, onun ən fəal təşkilatçılarıTelman Nurullayev, Rəhim Həsənov və digərləri AKP sıralarından xaric edilmişlər. Həmin vaxtdan onlar AKP-nin üzvləri hesab olunmurlar və yaratdıqları hər hansı kommunist partiyası da fəaliyyəti 1992-ci ildə bərpa edilmiş kommunist partiyasının varisi ola bilməz.

Telman Nurullayevin,Rəhim Həsənovun,və digərlərinin partiya sıralarından xaric olunmalarına dair AKP MİK-in və AKP MNTK-nın 03noyabr 1996-cı il tarixli birgə Plenumunun qərarı qanuni qüvvəsində qalır. O vaxtdan bu günə kimi T.Nurullayev, R.Həsənov və başqaları kommunist partiyasından xaric olunduqları və həmin partiyaya bərpa olunmadıqlarına görə kommunist hesab olunmurlar.

Plenum bildirir ki, 1994-cü ildə mart ayının 02-də dövlət qeydiyyatından keçmiş,20 saylı Şəhadətnamə verilmiş,sonradan 17 avqust 2000-ci ildə yenidən həmin tarixli və saylı Şəhadətnamə qeydiyata alınmış partiyanın Nızamnaməsi hazırda Azərbaycan KP MİK-in sədri Hacı Hacıyevdədir.

Plenum yekdilliklə Azərbaycan KP-nın Xətai rayon təşkilatının fəaliyyətinin bərpa olunmasına daır AKP MİK-in Rəyasət heyətinin 09 sentyabr 2017-ci il tarixli( Protokol № 80) qərarını təsdiq etmişdir

Azərbaycan KP MİK-in Rəyasət heyəti