AKP MİK Rəyasət heyətinin müraciəti


27.08.2020



Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin
Müraciəti !
 
 
SSRİ -in güc və qüdrətini nəzərə almayan onunla hesablaşmayan dövlət yox idi. Niyə belə dövlət asanlıqla məğlub edildi ? Beynəxlaq irtica onu yarandığı andan məhv etməyə səy göstərirdilər. Əks təsir təsirdən daha güclü oldu., geri çəkildilər. Onu tarixin ən amansız müharibəsinə cəlb etdilər. Uduzdular! Sosializmin qatı düşmənlərinin xəyalına gəlmədiyi və gözləmədiyi çox qısa vaxt ərzində silahlar işə salınmadan, döyüşsüz – müharibəsiz qüdrətli ictimai – siyasi sistem çökdü. SSRİ-nin dağıdılması, keçmiş sovet məkanında yeni müstəqil dövlətlərin yaranması, qlobal və regional miqyaslarda siyasi qüvvələrin yeni düzümü, millətlərarası münaqişələr tarixi proseslərin yeni baxış bucağından nəzərdən keçirilməsi zərurətini doğurdu. Bu hadisələrin arasında “Qarabağ problemi” adlandırılan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran və erməni millətçilərinin ərazi iddiaları dururdu... 1949-cu ilin aprelində ilk gündən antikommunist məqsədi aydın olan Şimali Atlantika İttifaqı (NATO) yaradıldı. 60-cı illərin əvvəllərində bu blokun hərbi bazaları artıq SSRİ-ni sıx dairəyə almışdı. İkinci dünya müharibəsindən sonra ABŞ-ın xarici siyasətində bir neçə doktrina bir-birini əvəz etmişdir. ABŞ prezidentlərinin adını daşıyan bu doktrinaların ümumi cəhəti ABŞ-a dünyada aparıcı rol, dünya liderliyi (ağalığı – diktatorluğu ) rolu qazandırmaq, yer kürəsini nüfuz dairələrinə bölərək, bunları ABŞ-ın mənafeyi üçün “vacib həyat əhəmiyyətli zonalara” çevirməkdir. 1997-ci ildə Azərbaycan da belə zonalar siyashısına daxil edilmişdir. Beynəlxalq imperializm təşəkkül tapmış sosializm sisteminə qarşı bütün mübarizə formalarından istifadə edirdi və buna 1990-cı ildən sonra SSRİ-nin siyasi rəhbərliyinin bilavasitə iştirakı ilə nail oldu. 2020-ci ilin Avqust ayının 9-da Belarusiyada keçirilən seçkilərdə siyasi mübarizəyə iqtisadi xarakter verilməsi, seçki günü və ondan sonra ölkədaxili narazılıqlar yaratmağa cəhd edən qərb və ABŞ-ın imperialist qüvvələri Belarusiyada seçkilərdən istifadə edib ölkədə narıncı inqilab etmək cəhdi növbəti dəfə uğursuzluqla nəticələndi. Belarusiyada təcavüzkar imperializm qüvvələrinin özbaşınalığının həddi-hüdudu yoxdur. SSRİ birliyi dağıdılandan sonra ölkədaxili iqtisadiyyatı inhisarların təsiri altına düşməyən yeganə sosial dövlətin tələblərini əhalisinə tətbiq edən respublika Belarusiyanı içəridən dağıtmaq planını həyata keçirmək istəyən qərb və ABŞ respublika əhalisinin narazı hissəsini maliyyələşdirərək onların vasitəsi ilə daxili gərginliyə nail olub. Aleksandr Lukaşenkonun yenidən ölkə prezidenti seçilməsini şübhə altına almaq və narazılıqlar dalğasını genişləndirmək istəyi alınmadı. Seçki günü və seçkidən sonra da narazıların etiraz mitinqləri davam etdirildi. İmperializmin təcavüzkar siyasətinə qarşı Belarusiya əhalisi ayağa qalxıb ölkə prezidenti A.Lukaşenkonun müdafiəsini təşkil edirlər. Ölkənin iri sənaye şəhərlərində çox sayılı mitinqlər A.Lukaşenkoya olan xalq məhəbbətinin ifadəsidir. Belarusiyanın prezidenti Aleksandr Lukaşenkonun rəhbərliyi ilə iqtisadi sahədə yeridilən xətt sosializm quruculuğunun elmi prinsiplərinə tamamilə uyğundur. A.Lukaşenkonun rəhbərlik etdiyi hökumət dünya imperializminin təzyiqlərinə çox böyük çətinliklərlə üz-üzə gələrək ölkə iqtisadiyyatının inkişafını elmi cəhətdən təhlil etmək, yol verilən səhvləri aradan qaldırmaq yollarını müəyyən etmək qabiliyyətlidir. Prezidentin apardığı iqtisadi, sosial sahələrdə quruculuq işləri, kapitalizmin ölkədə yuva salmasına yol verməməsi, imperializmə qarşı mübarizəsi, qərbi və ABŞ-ı qəzəbləndirir. Beləliklə ölkədaxili ixtişaşlar yaratmaqla A.Lukaşenkonu vəzifədən uzaqlaşdırmaq və onun qoruyub saxladığı və müasir tələblərə cavab verən iqtisadiyyatını məhv etmək planları yenə də pozuldu. Azərbaycan Kommunist Partiyası, Belarusiya Kommunist Partiyasının Belarusiyanın ölkə əhalisinin böyük əksəriyyətinin seçkilərdə səsini almış (80,3 ) və yenidən prezident seçilmiş Aleksandr Lukaşenkonun mövqeyini müdafiə etməsini alqışlayır, sosial dövlətin rəhbərliyinin imperializm əleyhinə apardığı mübarizədə onlara yardımçı olmalarını qiymətləndirir. Əminik ki, Kommunist Partiyaları İttifaqında ( Sov.İKP-nin platformasında olan) təmsil olunan marksist-leninçi partiyalar istismarçılıq quruluşundan yeni cəmiyyətə - sosializmə doğru mübarizədə bütün bəşəriyyətin önündə gedərək xalqların mənafeyinə uyğun proletar beynəlmiləlçiliyini bərpa edəcəklər.
Sosializmə doğru irəli!
Müraciət Azərbaycan KP MİK-in Rəyasət heyətinin 21 avqust 2020-ci il tarixində keçirdiyi partiya təşkilatlarının videokonfransında qəbul olunmuşdur.
 
Azərbaycan KP MİK-in Rəyasət heyəti