AKP MİK Rəyasət heyətinin 20 yanvar - Ümumxalq hüzn günü münasibəti ilə müraciəti!


18.01.2020



AKP MİK Rəyasət heyətinin

20 yanvar - Ümumxalq hüzn günü

münasibəti ilə müraciəti!

 

XX əsrin - 90-cu ilinin Yanvar ayının 20-də respublikamızın dinc əhalisinin güllə-borana tutulması heç bir ölçüyə düz gəlməyən, insanlıq prinsiplərinə cavab verməyən cinayət idi. Xalqımıza qarşı törədilən cinayətin təşkilatçıları Mixail Qorbaçov, A. Yakovlev və s. Sov. İKP MK-nın büro üzvləri və yerli havadarlari idilər.

Fərasətsiz, anlamaz böyüklərin qeyri  insani əməllərindən, korrupsiya, rüşvətxorluqlarından cana doymuş sadə sovet adamları kimi respublikamızın əhalisi də başına gətirilən böyük qəmləri kiçik könüllərində həmin müsibətdən sonra məsgən ediblər. Xarici və daxili araqarışdıranların əməllərinə verilən qiymət mübahisələr doğurur. Müxtəlif beynəlxalq qurumların bu cinayətə yanaşma tərzi bir çox mübahisələr yaratmışdır. Bu cinayətin spesifik təzahür formları qiymətini almamış problemlərlə doludur. Hər halda biz inanırıq ki, zaman və tarixi inkişaf öz işini görəcək, 30 il bundan əvvəl baş vermiş cinayətə cavab verməli olanlar əməllərinə layiqli cəzalarını alacaqlar.

Azadlıq insanın ən zəruri və təbii hüququdur. İnsanpərvərlik, humanizm, iqtisadi inkişafi təmin edə biləcək yenilənmiş sosializm uğrunda irəli!

Müraciət AKP MİK Rəyasət heyətinin 18 yanvar 2020-ci il tarixli yığıncağında qəbul olunmuşdur.

AKP MİK Rəyasət heyəti