AKP MİK RH-nin növbəti yığıncağı


11.04.2018



Azərbaycan KP MİK Rəyasət heyətinin növbəti yığıncağı 7 aprel 2018-ci il tarixdə partiyanın mərkəzi qərargahında keçrilmişdir.
Yığıncağın gündəliyinə "Elmi kommunizmin nəzəriyyəsinin Azərbaycanda yayılması" haqqında məruzə(Məruzəçi: Mehdi Şəhriyarlı), AKP MİK-in və AKP NTK-nın birgə XII plenumunun yekununa dair Arayışın müzakirəsi (Məruzəçi AKP MİK sədrinin müavini Ə.Xəlilov) və cari məsələlər daxil edilmişdir.Gündəlik qəbul olnmuş və müzakirələr aparılmışdır.
Müzakirələrdə Ə.Xəlilov, M.Şəhriyarlı,.Şirvanov, Y.Musayeva, A.Mustafayev,A.Or-ucov, Vaqif Abdullayev, T.Quliyev çıxış edərək gündəliyin məsələlərinə münasibətlərini bildirmişlər.
Yığıncaq müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul etmişdir.