AKP Xətai rayon təşkilatının hesabat-seçki yığıncağı


2018-08-20 15:05:36



14 avqust 2018-ci ildə Bakı şəhərində AKP Xətai rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda AKP Xətai rayon təşkilatının katibi Ə. S. Şirvanov rayon təşkilatının yanvar 2017-ci ildən iyul 2018-ci ilədək fəaliyyəti barədə hesabat vermişdir. Hesabat kafi hesab edilərək qəbul olunmuşdur.
Yığıncaqda Ə. S. Şirvanov AKP Xətai rayon təşkilatının katibi, T. H. Quliyev isə təşkilat katibinin müavini seçilmişlər.
Yığıncaqda AKP-nin VII qurultayına nümayəndələr seçilmiş və gündəlikdə olan digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat-seçki yığıncağında AKP MİK sədri H. Hacıyev iştirak və çıxış etmişdir. Bununla da AKP Xətai rayon təşkilatının ümumi yığıncağı işini tamamlamışdır.
AKP MİK Rəyasət heyəti