08.02.2023
Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət heyətinin
Başsağlığı!
Yaşadığımız zamanın iqtisadi, mənəvi, ekoloji və ideoloji böhranı dünya xalqlarını çıxılmaz vəziyyətə salıb. Siyasi böhranın gərginləşdiyi bir vaxtda qardaş Türkiyənin ərazisində 6 fevral 2023-cü iltarixdə səhər saat 04-17 radələrində 7,7 bal gücündə zələləninin baş verməsi həmin ərazidə xalqı çıxılmaz vəziyyətələ üz-üzə qoymuşdur.
Xalqın öz taleyinə başı qarışdığı bir vaxtda Türkiyə ərazisinin böyük bir hissəsində zəlzələnin bir necə dəfə təkrarlanması insanlara gətirdiyi fəlakət dərdləri, məşəqqətləri soyuq havada, qarda, yağışda əzab-əziyyəti daha da artırmışdı.
Türkiyə xalqının bu müsibətin öhdəsindən səbrlə gələcəyinə inanırıq.
İnanırıq ki, Türkiyə Kommunist Partiyası öz mübarizliyi, döyüşgənliyi və sabaha inamı ilə fəlakət zonalarında yaşayan insanlara inam qaytarmaq üçün əlindən gələn köməkliyi göstərəcəkdir.
Dəhşətli zəlzələ faciəsinin qurbanı olmuş Türkiyə vətəndaşlarının yaxınlarına başsağlığı veririk, yaralananlara tezliklə sağalmalarını arzulayırıq!
Hacı Hacıyev
Azərbaycan Kommunist Partiyası
MİK sədri