Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin  Bəyanatı!


08.02.2023



Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin 
Bəyanatı!


27 yanvar 2023 -cü il tarixdə səhər saat 8-30 radələrində Azərbaycan Respublikasının İranın Tehran şəhərindəki Səfirliyinin binasına silahlı basqın olmuşdur.
Cinayətkar səfirliyin mühafizəcisini yaralayaraq binanın içərisinə keçmiş və səfirliyin mühafizə dəstəsinim rəhbərini kalaşnikov avtomat silahından atəş açaraq öldürmüşdür.
Azərbaycan KP MİK Rəyasət heyəti Səfirliyimizin binasına və səfirliyin mühafizə xidmətinin işçilərinə qarşı təşkil olunmuş silahlı basqın hadisəsini- terror altını pisləyir və cinayətkar terrorçuya qarşı İran hökumətinin tədbir görməsini tələb edir.
Diplomatik nümayəndələrimizin təhlükəsizliyinin qorunmasına cavabdeh İran hökumətinə faciəli insidentlə əlaqədar etirazımızı bildiririk.
Terror aktının qurbanı olan Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı veririk.


Hacı Hacıyev
Azərbaycan KP MİK sədri