Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin təbriki!


30.12.2019



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin

Təbriki!

 

            31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və bir neçə gündən sonra respublikamızın ərazisinə qədəm qoyacaq Yeni 2020-ci il  münasibətlə partiya üzvlərini və təəssübkeşlərini  təbrik edirik!

            Xalqın azadlığı, istiqlaliyyəti və tərəqqisi üçün respublika əhalisinin sağlam qüvvələrinin birləşib bütün varlığı ilə çalışmasının mütləq işıqlı gələcəyi olacaqdır.

            İnsan cəmiyyətinin yüksəlişinə, inkişafına, tərəqqisinə nail olmaq üçün cəsarətli, dəyanətli insanların birliyinə ehtiyac var. Bu istəyə həyatda nail olmaqdan ötrü insan ümidsizliyə qapılmadan uzaqlaşmalı, cəsarətli olmalıdır. Cəsarət insanın həyatda qarşılaşdığı bütün fövqəladə hallarda möhtac olduğu bir enerji mənbəyidir, heç bir halın sarsıda bilməyəcəyi mükəmməl bir iradə qüvvəsidir.

            İnsan nəyin uğrunda mübarizə apardığını özü düzgün müəyyən etməlidir. Sadə adamların böyük əksəriyyəti işsizlikdən sarsıntılar keçirir. Kapitalizm cəmiyyətinin mahiyyəti belədir. İnsanların milli burjuası tərəfindən istismarına qarşı təşkilatlanması onu bir dəfə yaşadığı dünyada əzab-əziyyətdən qurtarmasına son qoya bilər. Azadlıq uğrunda tərəqqipərvər insanları Azərbaycan Kommunist Partiyası ətrafında birləşməyə çağırırıq.

 

Yeni iliniz mübarək!

 

AKP MİK

Rəyasət heyəti