04.11.2022
Azərbaycan Kommunist Partiyası
MİK Rəyasət heyətinin
Təbriki!
7 noyabr – Oktyabr sosialist inqilabının qələbəsi və yeni dünyanın başlandığını xəbər verən gündür!
Böyük Oktyabr inqilabı Rusiyada ictimai və milli zülmə həmişəlik nəhayət verdi, onun bütün xalqlarını azad etdi, onların əsil hüquq bərabərliyinin, qardaşcasına qarşılıqlı yardımının, sosialist münasibətlərinin başlanğıcını qoydu.
Oktyabr inqilabından az sonra V.İ. Lenin inamla demişdi ki, Rusiyada əldə edilən "...bu qələbə xalqlara möhkəm sülh gətirəcək, onları hər cür zülmdən və hər cür istismardan xilas edəcəkdir".
Bu böyük qələbənin qazanılması V. İ. Leninin, Kommunnist partiyasının rəhbərlik edib ruhlandırdıqları rus proletariatının, bütün rus xalqının bəşəriyyət qarşısında unudulmaz tarixi xidmətidir.
Oktyabr inqilabının qələbəsi nəticəsində böyük Lenin başda olmaqla bolşeviklər partiyasının rəhbərliyi altında Rusiya proletariatı yoxsul kəndlilərlə birlikdə hakimiyyəti öz əlinə aldı, yeni ictimai quruluşun və dövlət quruluşunun yarandığını elan etdi.
Bəşər tarixində birinci olaraq Rusiyada fəhlələrin və kəndlilərin sosialist dövləti quruldu.
Bütün dünyada azadlıq hərəkatının və sosializmin qələbəsi üçün son dərəcə böyük əhəmiyyəti olan bu tarixi hadisə münasibətilə V.İ. Lennin demişdi:
"...Biz haqlı olaraq fəxr edə bilərik və fəxr edirik ki, Sovet dövləri qurmağa başlamaq, bununla da Sovet dövləti qurmağa başlamaq, bununla da bütün dünya tarixində yeni bir dövrə başlamaq, bütün kapitalist ölkələrində zülm altında olan və hər yerdə yeni həyata doğru, burjuaziyaya qələbə çalmağa doğru, proletariat diktaturasına, bəşəriyyəti kapital zülmündən, imperialist müharibələrindən xilas etməyə doğru gedən yeni sinfin hökmranlığı dövrünü başlamaq kimi bir xoşbəxtlik bizə nəsib olmuşdur".
Oktyabr inqilabının lap birinci günlərində V.İ. Lenin Şərq xalqlarına bir Müraciət ( RSFSR xalq Kommisarları Soveti tərəfindən "Rusiyanın və Şərqin zəhmətkeş müsəlmanlarına" olan müraciət) yazıb imzaladı. Həmin müraciətdə deyilirdi ki, bu gündən etibarən bütün xalqlar azaddırlar, öz müqəddəratını azad surətdə müəyyən edib azad yaşaya bilərlər.
Lenin böyük məharətlə fəaliyyətə başlayıb, keçmişdə Rusiya istibdadının əlində əzilməkdə olan... millətlərə azadlıq yolunu açdı".
Leninizm öyrədir ki, məzlum millətlərin həqiqi azadlığı və istiqlaliyyəti, hər cür istismardan və hüquqsuzluqdan xilas olmaları, ictimai həyatın bütün sahələrində tam və bərabər hüquq əldə etmələri, ölkənin idarə olunmasında həqiqi iştirakı yalnız sosialist inqilabının qələbəsindən sonra, proletariat diktaturası şəraitində mümkündür. Leninizm bu müddəanın doğruliğunu Oktyabr inqilabının qələbəsi nəticəsində yaradılan proletariat diktaturası, onun dövlət forması olan Sovet hakimiyyəti öz fəaliyyətinin lap ilk günlərində işdə sübut etdi.
Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyəti partiyanın üzvlərini və təəssübkeşlərini Sosialist İnqilabının 105-ci ildönümü münsibətilə təbrik edir!
Yaşasın Böyük Oktyabr Sosialist İnqilabı!
Hacı Hacıyev
Azərbaycan KP MİK sədri
04.11.2022.