12.01.2019
Azərbaycan Kommunist Partiyasının Lənkəran rayon təşkilatının kommunistlərinin 30 dekabr 2018-ci il tarixdə ümumi yığıncağı keçirilmişdir.
Yığıncaq, Lənkəran rayon təşkilatının üzvlərinin sayının 57 nəfərdən artıq olduğunu nəzərə alaraq partiya komitəsi yaradılması haqqında məsələni müzakirə edərək qərar qəbul etmişdir.
AKP Nizamnaməsinə uyğun Lənkəran kommunistləri 7 nəfərdən ibarət komitə üzvlərini seçmişdir. Açıq səsvermə yolu ilə Lənkəran rayon komitəsinin 1-ci katibi ictimai vəzifəsinə Qafarov Yaşar Qasım oğlu seçilmişdir.
Yığıncaqda AKP MİK-in zona üzrə koordinatoru, Masallı rayon partiya komitəsinin 1-ci katibi Eynulla Paşayev iştirak etmiş və təşkilatın qarşıda duran vəzifələri haqqında təkliflərini vermişdir.
AKP MİK-in Rəyasət heyəti Lənkəran rayon komitəsinin yaradılması münasibətilə kommunistləri təbrik edir və onlara birgə mübarizə yolunda uğurlar arzulayır.
AKP MİK Rəyasət heyəti