Azərbaycan Kommunist Partiyası MİK və AKP MNTK-nın birləşmiş plenumu haqqında MƏLUMAT!


29.03.2023



Azərbaycan Kommunist Partiyası MİK və AKP MNTK-nın birləşmiş plenumu haqqında

MƏLUMAT!

26 mart 2023-cü il səhər saat 11-00-da partiyanın mərkəzi qərargahında AKP MİK və AKP MNTK-nın birləşmiş plenumu işinə başlamışdır.

Birləşmiş plenumun gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi təklif olunmuşdir:

1. Azərbaycan Kommunist Partiyası MİK və AKP MNTK-nın birləşmiş plenumuna "Siyasi partiyalar haqqında "Azərbaycan Respublikası yeni Qanununun tələblərinin yerinə yetirilməsində partiya təşkilatlarının vəzifələrinə dair məruzə;

2. Çin Kommunist Partiyasının 2022-ci ilin oktyabr ayının 16-da Pekin şəhərində keçirilmiş XX Qurultayının materiallarının öyrənilməsinin Azərbaycan Kommunist Partiyasının partiya təşkilatlarında təşkili haqqında;

3. Azərbaycan Kommunist Partiyasının bərpa-təsis qurultayının 2023-cü ilin noyabr ayının 28-də 30 ilinin tamam olması münasibətiylə partiya təşkilatlarında yubiley tədbirlərinə hazırlıq işlərinin təşkili və keçirilməsi haqqında:

4. Azərbaycan Kommunist Partiyasının növbəti IX Qurultayının 2023-cü ilin noyabr ayında çağrılmasına dair.

Gündəlik yekdilliklə qəbul olunaraq müzakirələrə başlanmışdır.

 

Gündəliyin məsələlərinə aid məruzə ilə AKP MİK sədrinin müavini Ələsgər Xəlilov çıxış etmişdir.

Məruzə ətrafında müzakirələrdə iştirak etmişlər: Eynulla Paşayev (Masallı RT), Vitaliy Vadulin (Səbail RT), Yaşar Qarayev (Lənkəran RT), Həmzət İsmayılov (Zaqatala RT), Volodya Quliyev (Nərimanov RT), Şahlar Aslanov (İmişli RT), Mehdi Şəhriyarlı (Sumqayıt ŞT), Süleyman Süleymanov (Sumqayıt ŞT), Məzəddin Əyyubov (Nərimanov RT).

Çıxışlarda bildirilmişdir ki, XXI əsr sosializmin bərqərar olacağı əsrdir. Otuz ildən çox müddətdə dünyada baş verən hadisələri obyektiv surətdə qiymətləndirmək, arzunu həqiqət kimi qəbul etməmək, çətinlikləri və ziddiyyətləri vaxtında aşkara çıxarmaq, bunların haqqında partiya üzvlərinə açıq demək, təkcə daxili şəraiti deyil, eləcə də beynəlxalq aləmdə qüvvələr nisbətini nəzərə alaraq yeni, elmi cəhətdən əsaslandırılmış göstərişləri və bunların yerinə yetirilməsi üzrə tədbirlər işləyib hazırlamaq üçün real vəziyyət hərtərəfli təhlil edilməlidir.

Bu zaman patiyamız Lenin göstərişlərini rəhbər tutur: " Gəlin həqiqətin gözünə açıq baxaq. Bu, siyasətdə həmişə ən yeganə düzgün olan bir sistemdir".

Birləşmiş plenum müzakirə olunmuş məsələlərə aid qərarlar qəbul etmişdir və işini həmin gün saat 14:35-də başa çatdırmışdır.

 

Azərbaycan KP MİK Rəyasət heyəti.