Azərbaycan Kommunist Partiyası MİK və AKP MNTK-nın birləşmiş V Plenumu haqqında məlumat.


25.12.2019



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsinin məlumatı

22 dekabr 2019-cu il tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin mərkəzi qərargahında "19 oktyabr 2019-cu il tarixli Rusiya Federasiyası Kommunist Partiyasının IX (oktyabr) plenumunun materiallarının öyrənilməsi və AKP MİK-in təşkilatlanma işində qarşıdakı vəzifələri" haqqında məsələyə həsr olunan AKP MİK və AKP MNTK-nın birləşmiş V plenumu keçirilmişdir.

Plenumun işinin aparılması yekdilliklə AKP MİK sədri Hacı Hacıyevə, AKP MİK Rəyasət heyətinin üzvü Akif Orucova və AKP MNTK-nın sədri Aqşin Mustafayevə tapşırılmışdır.

Plenumda "Rusiya Federasiyası Kommunist Partiyasının ideya-siyasi, təşkilatı və əxlaq qaydalarının əsaslarının gücləndirilməsi haqqında" məsələnin materiallarının öyrənilməsinin təşkilinə dair məruzə ilə AKP MİK sədrinin müavini Ələsgər Xəlilov çıxış etmişdir.

Məruzə ətrafında müzakirələrdə Mehdi Şəhriyarlı (Sumqayıt ŞT), Turan Quliyev (Nərimanov RT), Rüstəm Qüdrətov (İmişli RT), Eynulla Paşayev (Masallı RT), Valeh Əliyev (İmişli RT), Yaşar Qafarov (Lənkəran ŞT), Həmzət İsmayılov (Zaqatala ŞT), Bəhram Mürşüdov (Qəbələ RT) iştirak etmişlər.

AKP MİK-in on bir aylıq Maliyyə vəziyyətinə dair AKP MİK Maliyyə komissiyasının sədri V. Quliyevin hesabatı dinlənilmiş və hesabat qəbul olunmuşdur.

Qərar layihəsini plenuma AKP MİK Rəyasət heyətinin üzvü Akif Orucov təqdim etmiş və yekun sənəd yekdilliklə qəbul edilmişdir.

 

Azərbaycan KP MİK Rəyasət heyəti

AKP MNTK

 

Информация

Президиума ЦИК КП Азербайджана

 

22 декабря 2019 года в центральном штабе ЦИК Компартии Азербайджана состаялся V совместный пленум ЦИК КПА и КРК КПА посвешенный вопросу изучения материалов IХ (октябрь 2019 года) пленума ЦК КПРФ. "Об укреплении идейно - политических, организационных и нравственных основ КПРФ"

С докладом на данную тему выступил заместитель Председателя ЦИК КПА Алескер Халилов.

В прениях выступили Мехти Шахриярлы (Сумгаитская ГО), Туран Кулиев (Наримановская РО ), Рустам Гудратов ( Имишлинская РО ), Эйнулла Пашаев (Масаллинская РО ), Валех Алиев ( Имишлинская РО ), Яшар Гафаров ( Ленкаранская РО ), Гамзат Исмайлов ( Закатальская РО ), Бахрам Муршудов (Габалинская РО ).

Проект постановления совместного пленума огласил член Президиума ЦИК КПА Акиф Оруджов, кoторый был принят единогласно.

 

Президиум ЦИК КП Азербайджана

КРК КП Азербайджана