Azərbaycan Kommunist Partiyası MİK və AKP MNTK-nın məlumatı


01.05.2019



Azərbaycan Kommunist Partiyası MİK və AKP MNTK-nın məlumatı

28 aprel 2019-cu il tarixdə səhər saat 11:15-də AKP MİK və AKP MNTK-nın birləşmiş III plenumu işinə başlamışdır. Birləşmiş plenum təşkilati məsələlərə baxmış və uyğun qərarlar qəbul etmişdir.

Həmin gün səhər saat 12:00-da AKP-nin VII qurultayının II mərhələsi öz işinə başlamışdır. Qurultayın gündəliyinə təklif olunan “Təşkilati məsələ, AKP-nin proqramına dəyişikliklər edilməsi təkliflərinə münasibət və partiyanın maliyyə vəziyyəti haqqında hesabat” məsələləri qəbul olunmuşdur. Qurultay Mandat komissiyasının tərkibində dəyişiklik olunmasını nəzərə alaraq Akif Cəlil oğlu Orucovu komissiya üzvü seçmişdir. Mandat komissiyasının AKP-nin VII qurultayının nümayəndəsi Əmrulla Sənan oğlu Şirvanovun Mandatının etibarsız sayılması qərarını qurultay təsdiq etmişdir.

Gündəliyin AKP-nin Proqramına dəyişikliklər edilməsi təklifləri haqqında məsələsinə dair AKP MİK sədrinin müavini Ə. Xəlilov məruzə ilə çıxış etmişdir. Məruzədən sonra partiyanın maliyyə vəziyyətinə dair hesabatı Maliyyə komissiyasının sədri V. Quliyev vermişdir.

Gündəliyin məsələlərinin  müzakirəsində Bəhram Mürşüdov (Qəbələ RT), Eynulla Paşayev (Masallı RT), Yaşar Qafarov (Lənkəran RT), Rüstəm Qüdrətov (İmişli RT), Vadulin Vitaliy (Səbail RT), Süleyman Süleymanov (Sumqayıt RT), Həmzət İsmayılov (Zaqatala RT), Aqşin Mustafayev (AKP MNTK-nın sədri) çıxış etmişlər.

Qurultay Əmrulla Şirvanovun tutduğu ictimai vəzifələrdən azad olunmasına və Xətai rayon təşkilatının buraxılmasına dair AKP MİK və AKP MNTK-nın II birləşmiş plenumunun (27 yanvar 2019-cu il) qərarını təsdiq etmişdir.

Qurultay fəaliyyəti 1993-cü ilin noyabr ayında bərpa edilən Azərbaycan KP-nin 2018-ci ilin noyabr ayının 27-də 25 illiyinin tamam olması münasibəti ilə rayon, şəhər təşkilatlarının aktivinin iştirakı ilə keçirilən yubiley tədbirlərini nəzərə almış, AKP-nin 1993-cü ildə fəaliyyətinin bərpa olunmasında müstəsna rolu olan və AKP MİK sədri seçilən Əhmədov Ramiz Haşım oğlunun mart ayının 6-da anadan olmasının 80 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi nəzərə alınmışdır.

Qurultay Azərbaycan Kommunist Partiyasının 1993-cü ilin noyabr ayında qəbul olunan Proqramının günün tələblərinə cavab verdiyini qeyd etmiş və partiya işinin taktikasını dəyişmək (sinfi qüvvələrin necə yerləşməsi, uzun müddətli mübarizə yolunu müəyyən etmək üçün partiya daxili təşkilatlanmanın sürətləndirilməsinə, partiya özəklərinin fəaliyyətinin canlandırılmasına və yeni özəklərin yaradılmasına nail olmaq, bəşəriyyətin azadlığı uğrunda çalışmış, cəmiyyətin ictimai-siyasi həyatında böyük rol oynamış, böyük fəaliyyəti olmuş şəxsiyyətlərə- Karl Marksın, Fridrix Engelsin, V. İ. Leninin, Nəriman Nərimanovun irsinin təzədən öyrənilməsinə ehtiyacın yarandığından dahilərin elmi nəzəriyyələrinin öyrənilməsinin təşkili) haqqında qərar qəbul etmişdir.

Qurultay həmin gün günorta saat 15:10-da işini başa çatdırmışdır.