27.11.2018
24 noyabr 2018-ci il tarixdə AKP MİK-in Mərkəzi qərargahında AKP-nin 1993-cü ilin noyabr ayının 27-də fəaliyyətinin bərpa olunmasının 25 illiyi münasibəti ilə AKP MİK-in Rəyasət heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda Bakı və Sumqayıt şəhər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Yığıncaqda AKP MİK sədrinin müavini Ə. Xəlilov AKP-nin yubileyinə həsr olunan məruzə ilə çıxış etmişdir.
Partiyanın fəaliyyətinin bərpasından bu günə kimi aparılan partiya işi haqqında Süleyman Süleymanov (Sumqayıt ŞT), Tahir Məmmədov (Nəsimi RT), Mehdi Şəhriyarlı (Sumqayıt ŞT), Şamil Tağıyev (Nəsimi RT) məlumat verdilər.
Yığıncaq partiya üzvlərinə və təəssübkeşlərinə Müraciət qəbul etmişdir.
AKP MİK Rəyasət heyəti