Azərbaycan Kommunist Partiyasının MİK-in Rəyasət heyətinin məlumatı


08.01.2020



Azərbaycan Kommunist Partiyasının MİK-in Rəyasət heyətinin məlumatı

 

            29 dekabr 2019-cu il tarixdə Azərbaycan Kommunist Partiyası Lənkəran rayon təşkilatının büro iclası keçirilmişdir. İclasın müzakirəsinə 22 dekabr AKP MİK və AKP MNTK-nın V birləşmiş plenumunun materiallarının öyrənilməsi, rayon təşkilatının illik fəaliyyətinin yekunları və təşkilati məsələlər çıxarılmışdır.

            İclasda Lənkəran şəhər təşkilatının ümumi yığıncağının qərarı ilə İbrahimov Fuad İdris oğlunun katib seçilməsi qərarını Lənkəran rayon komitəsinin bürosu təsdiq etmişdir və digər məsələlərə aid qərarlarlar qəbul olunmuşdur.

            İclası AKP Lənkəran rayon komitəsinin birinci katibi Yaşar Qafarov yekunlaşdırmışdır.

 

Azərbaycan KP

MİK Rəyasət heyəti