Azərbaycan KP MİK-in Rəyasət heyətinin partiya üzvlərinə və təəssübkeşlərinə müraciəti!


2018-04-28 19:24:08



Azərbaycan KP MİK-in Rəyasət heyətinin partiya üzvlərinə və təəssübkeşlərinə müraciəti!

2018-ci ilin aprel ayında Bakıda Sovet hakimiyyətinin yaranmasından 100 il, Azərbaycanda Sovet hakimiyyəti qurulmasından 98 il keçir.

Çar Rusiyasında Sovetlərin təşkilinin ilk təcrübələri Oktyabr inqilabından çox-çox əvvəl hələ 1905-ci ildə meydana gəlmişdi. Çarizmi devirən Fevral inqilabı nəticəsində Sovetlər Ümumrusiya miqyasında hakimiyyət orqanlarına çevrilməyə başladılar. Onların gücü  bunda idi ki, kütlələrin özləri tərəfindən yaradılan Sovetlər zəhmətkeş və müdafiəçisi kimi çıxış edirdilər. Onların bütün ölkəyə ildırım kimi sürətlə və geniş yayılmasının xüsusiyyəti və sirri onda idi ki, sovetlər qərarları özləri hazırlayır, özləri də həyata keçirirdilər. Bu qərarlar kimə aid idisə onların açıq nəzarəti altında olurdu. Bu bir başa demokratiya ilə nümayəndəli demokratiyanı əlaqələndirilməsinin nadir və səmərəli forması idi.

25 aprel 1918-ci ildə Azərbaycan tarixində ilk fəhlə, kəndli və zəhmətkeşlərin hakimiyyətinin- Bakı Sovetlərin yaradılması Zaqafqaziyada ictimai-siyasi vəziyyətin dəyişməsi bolşeviklərin apardığı gərgin, çətin və şərəfli işin nəticəsində mümkün olmuşdur.

Rusiyada Oktyabr İnqilabının qələbə çaldığı günün ertəsi bolşeviklər Azərbaycan fəhlələrini, bütün xalq kütlələrini azadlıq və səadət, işıqlı sosializm uğrunda böyük mübarizəyə çağırmışdılar. Bayrağı rus proletariatı tərəfindən uca qaldırılmış Oktyabr Sosialist inqilabının şanlı qələbəsi münasibətilə Bakı proletariatının, Azərbaycan zəhmətkeşlərini böyük əksəriyyətinin sevincini və böyük ruh yüksəkliyini ifadə edən Bakı Sovetinin 1917-ci il noyabrının dördündə mətbuatda çap olunan tarixi bəyannaməsi məzmunu ilə diqqəti cəlb edirdi.

Azərbaycan burjuaziyası hər cür sazişlər bağlayaraq var qüvvələri ilə çalışırdılar ki, hakimiyyət fəhlə və kəndli höküməti olan Sovetlərin əlinə keçməsin və Sovet hakimiyyəti qələbə qazanmasın.

Azərbaycan xalqının azadlıq və istiqlaliyyətini məhv etməyə Sovet hakimiyyətini yıxmağa zəngin sərvəti olan torpaqlarımızı, neft mədənlərimizi, fabrik və zavodlarımızı əlimizdən almağa çalışan, fəhlə və kəndliləri əvvəlki kimi yenə kapitalistlərin, mülkədar, xan və bəylərin boyunduruğu altına salmağa, doğma yurdumuzu imperialistlərin müstəmləkəsinə çevirməyə can atan silahlı müdaxiləcilərin ingilis, türk, alman, fransız, amerika və onların daxili əlaltılarının xəyanəti nəticəsində Bakıda Sovet hakimiyyəti yıxılmışdır.

1917-ci ildə V. İ. Leninin başçılıq etdiyi bolşevilər partiyası rusiya xalqını böyük qələbəyə gətirib çıxardı. Oktyabrın qələbəsi leninizmin qələbəsi idi. Oktyabr sosialist inqilabl böyük dünya xalqlarına əyani şəkildə göstərdi ki, əsl inqilabçı marksist partiyasını başçılıq etdiyi fəhlə sinfi və ən yoxsul kəndlilər necə böyük qüvvədir.

Rusiyada Okyabr İnqilabının qələbə çaldığı günün ertəsi boşeviklər Azərbaycının fəhlələrini, böyük xalq kütlələrini azadlıq və səadət uğrunda, gələcək işıqlı sosializm uğrunda böyük mübarizəyə çağırmışdılar.

Azərbaycan zəhmətkeşləri sovet hakimiyyətinin qələbəsi uğrunda fədakar mübarizəyə qoşuldular və V. İ. Lenin ruhlandırılan Azərbaycan bolşevik təşkilatları rəhbərlik edib hərəkata istiqamət verdilər. Azərbaycan bolşevik təşkilatları və onların rəhbərləri Nərimanov, Çaparidze, Əzizbəyov, Fiolotof və başqa görkəmli boşeviklər təbliğat və təşviqat işləri aparırdılar.

1920-ci ilin aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu.  Vətəndaşlıq borcunu mühüm tələblərindən biri öz həmvətənləri uğrunda baş vermiş ədalətsizliyə qarşı mübarizə aparmaqdan ibarətdir. Vətəndaşlıq hissi vətənpərvərlik hissi ilə sırf bağlıdır, vətənin və xalqın taleyi ilə yaşamağı bacarmaqdır.

Azərbaycan Kommunist Partiyası bu ülvi hisslərlə fəaliyyət göstərir və respublikanın sağlam qüvvələrini partiya sıralarına dəvət edir.

Yaşasın Azərbaycan Sovet Sosialist Respublikası!

Rədd olsun kapitalizm!

Yaşasın sosializm!

Müraciət AKP MİK-in Rəyasət heyətinin 28 aprel 2018-ci il tarixli yığıncağında qəbul olunmuşdur.

Azərbaycan KP MİK-in Rəyasət heyəti.