AzKP MİK və MNTK-nin birgə keçirdiyi 26 iyun 2022 tarixli plenumu


26.06.2022



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komirəsi Rəyasət 

heyətinin məlumatı.

26 iyun 2022-ci il səhər saat 11-00- da partiyanın mərkəzi qərargahında AKP MİK və AKP MNTK-nın birləşmiş plenumu öz işinə başlamışdır.

Plenumun işində AKP MİK və AKP MNTK-nın üzvləri, birləşmiş plenuma dəvət olunan partiya aktivi və gənclər təşkilatının üzvlərindən bir qrupu iştirak edirdilər.

Plenumun gündəliyinə partiyadaxili təşkilatlanmanın vəziyyəti və partiyanın yanında gənclər təşkilatının fəaliyətinin bərpası və partiyanın maliyyə vəziyyəti haqqında məsələlərin müzakirəsi təkif olunmuşdur.

Birləşmiş plenum gündəliyi təsdiq etdikdən sonra plenuma məruzə ilə AKP MİK sədrinin müavini Ələsgər Xəlilov çıxış etmişdir.

Plenuma məruzə ətrafında müzakirələrdə çıxış etmişlər: Məzəddin Əyyubov (Nərimanov PT), Bəhram Mürşüdov (Qəbələ RT), Eynulla Paşayev (Masallı RT), Yaşar Qafarov (Lənkəran RT), Həmzət İsmayılov (Zaqatala RT), Mehti Şəhriyarlı (Sumqayıt ŞT), Vİtaliy Vadulin (Səbail RT), Cəbrayıl Orucov (Gənclər təşkilatı), Valeh Əıiyev ( İmişli RT), Rafiq Nuriyev ( İmişli RT), Süleyman Süleymanov (Sumqayıt ŞT).

Çıxışlarda qeyd olunmuşdur ki, bu gün bizi yenidən bir yerə toplayan və vahidləşdirən məhz bizim hər birimizin daxilimizdə üsyan qaldıran, son otuz ildə bizə rahatlıq verməyən, 

cəmiyyətin bugünkü ağır həyatı üçün məsuliyyət hiss edən kommunist mənliyimiz, ürəyimizdə heç vaxt odu sönməyən, nadan hücumlara məruz qalan kommunist ideallarımızdır.

Uzun müddət vəzifələrindən sui-istifadə edəb qeyri-qanuni, çirkin yollarla varlanan belə adamları ifşa edəcək bir qüvvə yox olmalı idi. 

Ölkəmizi inkişafa aparan, bütün yollar tıxaca çevrilən, ayağa dolaşan maneələrdən, köhnə çürüntü və tullantılardan mütləq təmizlənməlidir ki, daha sürətlə yeni münasibətlərə keçid və rahat addımlamaq mümkün olsun. XXI əsrin sosializm əsri olacağı danılmazdır. Sosializm cəmiyyətini isə yalnız kommunistlər qura bilir və onun insanlıq naminə inkişafını təmin edirlər. Kommunizm ideologiyası ölməzdir!

Qarşımızda cətin mübarizələr yolu durur. Partiya işimizdə ciddi dönüş yaratmalı, bütün yoldaşlardan həqiqi kommunist fəallığı tələb etməliyik.

Partiya təşkilatları gəncliyə doğru istiqamətlənə bilmirlər. Siralarımızı gənclərlə genişləndirməliyik. Bu vacib məsələnin həllinə nail olmaq üçün gənclərlə işləməliyik.

İctimai-siyasi həyatımızda gənclərin təşkilatlanmasında partiyanın yanında gənclər təşkilatının fəaliyyətinin yenidən bərpasına ehtiyac var.

Marks və Engels cəmiyyətin inkişaf qanunlarını kəşf edərək, cəmiyyətin həyatında istehsalın həlledici rolunun tərifini verərək, gənc nəslə münasibətdə hakim siniflərin siyasətini müəyyən edən başlıca cəhətləri ilk dəfə olaraq göstərmişlər ki, bunlar: dənclərə sırf sinfi yanaşmağın zəruri olması, bu vaxt onların "spesifik" yaş xüsusiyyətlərini hesaba almağın vacibliyidir. V.İ. Lenin gəncləri " qaynar, coşqun, axtaran" adlandırmışdır.

Kapitalizm cəmiyyətində burjua "nəzəriyyəçiləri " gənclər hərəkatının valığını nəsillərin mübarizəsinin nəticəsi kimi izah etməyə çalışırlar. Gəncləri yaşlılara qarşı qoyurlar. Burjuaziya gənclər təşkilatlarını "sinifdənkənar " xarakterindən tez-tez danışaraq, gəncləri siniflər mübarizəsindən, siyasətdən kənara çəkirlər.

Birləşmiqş plenumu Azərbayacan Kommunist Partiyası MİK sədri Hacı Hacıyev yekunlaşdırmışdır.

Birləşmiş plenum müzakirə olunan məsələlərə aid qərar qəbul etmişdir.

 

 

 

Azərbaycan KP MİK Rəyasər heyəti

26 .06. 2022.