AzSSR - 100 il


01.05.2020



28 aprel 2020-ci il tarixdə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının yüz ili tamam oldu.
Sosializm quruculuğu illərində bütün sovet xalqları kimi Azərbaycan xalqının da həyatı kökündən dəyişmişdir. Azərbaycan geridə qalmış kənd təsərrüfatı ölkəsindən qabaqcıl sosialist sənaye respublikasına çevrilmişdir. Yeni həyat, yeni varlıq, sosializm qurulcuğunda xalqın ilhamlı əməyi xaruqələr yaratmışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulmasının yüz illiyi münasibəti ilə partiya üzvlərini və təəssübkeşlərini təbrik edirik!
Azərbaycan KP MİK Rəyasət heyəti