Bayramqabağı qiymətlər artır, sonradan isə ucuzlaşımır


2018-02-24 12:21:50



Deputat icra strukturlarını inhisarçılara qarşı tədbirlər görməyə çağırıb

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda, ucuzlaşma əvəzinə bahalaşma olması absurddur”.

Bunu parlamentdə çıxışı zamanı deputat Fərəc Quliyev deyib. O bildirib ki, adətən, bayramqabağı bazarlarda qiymətlər artır: “Sonradan isə bu qiymətlər ucuzlaşımır. Qarşıdan Novruz bayramı gəlir, ona görə də bayramqabağı bahalaşma nəzarətə götürülməlidir”.

F.Quliyev müvafiq icra strukturlarını inhisarçılara qarşı tədbirlər görməyə çağırıb:

“Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

meydan.tv