Bu gün Ramiz Əhmədovun anım günüdür


10.09.2019



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin

məlumatı

 

10 sentyabr Azərbaycan KP MİK sədri mərhum Ramiz Əhmədovun anım günüdür.

1993-cü ildən respublikamızda qərarlaşan kapitalizm quruluşu özünün imperializm mərhələsinə sürətlə keçidini davam etdirir. Əhali işsizlikdən bezib. Xırda alverə məqsədli sürüklənən əhali ümidlə 30 il əvvəl sosializmdə yaşadığı günləri xatırlayır. Sosializm cəmiyyətində yaşamağı arzulayır. 1993-cü ildən respublikada yenidən sosializmin bərpa  işində fəallıq göstərən, böyük ideyalar yolunda özünün sağlamlığını fəda etmiş, yoldaşımızı yada salıb ona xatirə yazmaq bizi mütəəssir edir.

Cəmiyyət, Oktyabr inqilabının yetirmələri olan kommunist partiyasının fədakar, cəfakeş üzvlərini, bəşəriyyətin zəhmətkeşlərini azadlığa çıxarmaq uğrunda canlarından keçənləri tanımalı və yadda saxlamalıdırlar.

İmperializm quldurları yeni dünya uğrunda mübarizə aparanlara divan tutmaqda davam edirlər.

Dünya böhranı məngənəsində çırpınan imperializm qanlı dünya qırğınını qızışdırmaq kimi alçaq, riyakar hərəkətlərini aktivləşdirirlər.

Yeni sosializm qurmaq üçün cəmiyyətin sağlam qüvvələri Kommunist Partiyası sıralarında birləşməli, tərbiyə olunub mətinləşməli və aktiv mübarizlərə çevrilməlidirlər. Sağlam qüvvələrin yaradıcı qüvvələrinə inanmayıb sızıldayanlar yoldan çəkinməlidirlər.

Cəmiyyətin sosialist ideologiyasına yenidən yiyələnməsi üçün çox saylı təbliğatçılara ehtiyac var.

Yeni sosializm uğrunda irəli!

 

AKP MİK Rəyasət heyəti