Bugün mərhum Ramiz Əhmədovun 79 yaşı tamam olur


06.03.2018



6 mart 2018-ci ildə Azərbaycan Kommunist Partiyasının sədri mərhum Ramiz Əhmədovun 79 yaşı tamam olur.

1991-ci ilin sentyabr ayında fəaliyyəti dayandırılan Azərbaycan Kommunist Partiyasının 1993-cü ilin noyabr ayında fəaliyyətinin bərpa olunmasında yaxından iştirak edən Ramiz Əhmədov Kommunist Partiyasının mövqeyini möhkənləndirmək üçün kütlələr arasında marksizm-leninizm ideologiyasının yayılması, insanların şüuruna və qəlbinə hakim olmaq uğrunda mübarizəyə 2008-ci ilin sentyabr ayına kimi rəhbərlik etmişdir.

Ramiz müəllim özünün “İkinci həyat”(Kommunist düşüncələri siyasi oçerklər) və “Fikirlər düyünündə” kitablarında kommunizm idealları, Kommunist Partiyası üzvlərinin bir-birini axtarıb tapması, öz sözünü deməsi, özəklərinin işini bərpa etmək üçün yolların axtarılması, əmək adamlarının mənafeyini axıra qədər müdafiə etmək, Vətənin yenidən fəlakətlərə sürüklənməsinə yol verməmək üçün yolların axtarılmasında öz tövsiyələrini verərək partiya üzvlərini partiya işinə sədaqətlə yanaşmalarını, onlara tapşırılan işlərin yerinə yetirilməsində fəal olmalarını və sonda nəticə əldə etməyə səfərbər olacaqlarına inanırdı.

Azərbaycan KP MİK-in Rəyasət heyəti