İmişli RT 30 iyun 2019-cu il tarixli tədbiri


03.07.2019



Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin məlumatı :

30 iyun 2019-cu il tarixdə AKP İmişli şəhər partiya komitəsinin növbəti iclası keçirilmişdir. Büro iclasına AKP MİK sədri Hacı Hacıyev, AKP MİK sədrinin müavini Ələsgər Xəlilov və AKP MNTK-nın sədri Aqşin Mustafayev, AKP Saatlı rayon təşkilatının təşkilatçısı Abdullayev Bəhruz dəvət olunmuşdular. Tədbir səhər saat 11:30-da işinə başlamışdır. Tədbir AKP İmişli şəhər komitəsinin birinci katibi Rüstəm Qüdrətov açmış və gündəliyi tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Tədbirə İmişli şəhər təşkilatının qocaman kommunisti, jurnalist Barat Salman oğlu Şirinov da dəvət almışdır. Tədbirdə qeyd olumuşdur ki, Barat Şirinovun 85 yaşı tamam olub və bu münasibətlə AKP MİK-in Rəyasət heyəti yubliyarın “Fəxri Fərman”la təltif olunması və ona hədiyyə verilməsini qərara almışdır.

AKP MİK sədri Hacı Hacıyev yubliyara “Fəxri Fərman”ı və hədiyyəni təqdim etmiş, sonra Barat Şirinova ünvanlanan yubiley təbriki oxunmuşdur.

AKP MİK sədri Hacı Hacıyev  partiyanın növbəti VII qurultayının qərarlarını partiya təşkilatları, ərazi ilk partiya təşkilatları və özəklərdə öyrənilməsinin, təşkilati işlərin qurulmasının, onların yerinə yetirilməsinin vəziyyətinə dair tövsiyyələrini vermişdir.

Tədbirdə respublikada tanınmış kommunist jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş Şirinov Barat çıxış edərək ona partiyanın mərkəzi orqanı tərəfindən olunan diqqətə görə təşəkkürünü bildirmişdir.

Tədbirdə Ə. Xəlilov partiya təşkilatlarında özəklərin yaradılması, onların canlı işinin təşkili, aparılan təbliğat işlərinin təbliğatçılarının maarifləndirilməsi haqqında, A. Mustafayev partiya təşkilatlarının gənclərlə apardıqları partiya işinə dair, Oqtay Abayev bolşevik kommunist əmisi haqqında xatirələrini, İmişli şəhər təşkilatının partiyanın kadr siyasətinə, ərazi ilk partiya təşkilatlarının sıralarının artırılmasında şəhər təşkilatının vəzifələrinə dair, Valeh Əliyev isti yay fəsli təsərrüfatlarda qızğın iş getdiyi bir vaxtda əhalinin çətinliklərlə üzləşməsi – su çatışmamazlığı və s. haqqında, Bəhruz Abdullayev Saatlı rayon təşkilatında təşkilati işlərə aid məlumat verdilər.

Tədbiri yekunlaşdıran AKP İmişli şəhər təşkilatının birinci katibi Rüstəm Qüdrətov bildirdi ki, AKP-nin VII qurultayının qərarlarını öyrənilməsi və yerinə yetirilməsi istiqamətində rayon komitəsinin bürosunun üzvləri tərəfindən müəyyən işlər görülür və çatışmamazlıqların aradan qaldırılmasına yollar axtarılır.

AKP MİK Rəyasət heyəti