03.03.2023
5 mart zəhmətkeşlər dövlətinə (SSRİ) 1922-ci ildən rəhbərlik etmiş İosif Stalinin vəfat etdiyi gündür. Özünün həm müsbət, həmdə mənfi xüsusiyyətləri olan bir insandır. Minilliklər tarixinin bəlkə də ən mürəkkəb və çətin bir dövrünü yaşayan, hədsiz problemlər qarşısında duran, hər tərəfdən düşmənlərlə əhatə olan bir ölkəyə rəhbərlik edərkən müəyyən nöqsanlara da yol vermişdir. Bu nöqsanlar zaman keçdikcə, mübarizə kəskinləşdikcə partiyada amirlik, bürokratik metodlar gücləndikcə daha da artmışdır. Lakin Stalinin şəxsiyyətini, fəaliyyətini və dövrünü yaxşı bilənlər,habelə ona qarşı yerli -yersiz hücumların şahidi olanlar onu da gördülər ki, öz zəmanəsindən, dövründən, mühitindən, onu əhatə edən adamlarından təcrid olunmuş şəkildə götürüb şəxsiyyət haqqında fikir söyləmək qeyri-obyektivliyə aparır.
İstedadlı sərkərdənin şəxsiyyətinə pərəstiş xalqın içərisində Stalinin şəxsiyyətinə pərəstiş onun özü tərəfindən formalaşdırılmamış və bunu danışıqsız ona tabe olan partiya elitası yaratmamışdı. Stalinin -bu dəmir iradə sahibinin, yorulmaz- dönməz təşkilatçının və qiyməti dünyanın böyük siyasətçiləri və həbçiləri tərəfindən verilmiş istedadlı sərkərdənin şəxsiyyətinə pərəstiş xalqın içərisində, kortəbii şəkildə, ölkə qarşısına çıxan çətinlikləri bir-bir dəf etdikcə, dövlətin qüdrəti möhkəmləndikcə, onun nüfuzu başqa qitələrə nüfuz etdikcə, xalqın həyat şəraiti ildən-ilə yaxşılaşdıqca, SSRİ-nin düşmənləri diz çökdürüldükcə yaranırdı.
Belə bir şəraitdə qüdrətli dövlət quran, onu imperializmin qanlı caynaqlarından qoruyan bir insanı indi həmin dövləti darmadağın edənlər, imperializmin ayağı altına döşəyənlər, bitməz -tükənməz sərvətləri talayıb şişənlər, xalqı zəlil bir vəziyyətə salanlar, XX əsrin müxtəlif cildə girmiş quldurları ittiham edirlər.
Azərbaycan Kommunist Partiyası
MİK Rəyasət heyəti