11.05.2019
Azərbaycan Kommunist Partiyası Lənkəran şəhər təşkilatının 8 may 2019-cu il tarixdə büro iclası keçirilmişdir. İclasda partiya sıralarına qəbul olunan üzvlərə partiya biletləri təqdim olunmuş və 9 May Qələbə Gününə hazırlığın yekunu müzakirə olunmuşdur.
9 May Qələbə Günü şəhər təşkilatının aktivi 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəran şəhərinin mərkəzindəki əzəmətli heykəli önündə toplaşaraq mitinq keçirmişlər. Tədbiri Lənkəran şəhər komitəsinin I katibi Yaşar Qafarov açmışdır. Tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olmuş Sovet ordusu döyüşçülərinin əziz xatirəsini yad etmişlər. Bu münasibətlə əzəmətli heykəlin önünə gül dəstələri qoymuşlar.