Lənkəran rayon təşkilatının tədbiri haqqında


10.09.2020



8 sentyabr 2020-ci il tarixdə AKP-nin Lənkəran rayon kommunistlərinin aktivinin açıq havada yığıncağı keçirilmişdir.

İclası AKP Lənkəran rayon təşkilatının I katibi Yaşar Qafarov açaraq partiya aktivinə AKP-nin növbədənkənar VIII qurultayının video konfrans formatında (skype vasitəsilə) aparılması və qurultayda müzakirə olunan məsələlərlə bağlı geniş məlumat vermişdir.

Partiyadaxili təşkilatlanma məsələlərini həllinə həsr olunan növbədənkənar VIII Qurultayın materiallarının öyrənilməsi və partiya işinə tətbiq edilməsinə dair qərar qəbul olunmuşdur.

AKP-nin Lənkəran rayon komitəsinin bürosunun hazırladığı tədbirlər planının layihəsi müzakirə edilərək qəbul olunmuşdur.

AKP MİK Rəyasət heyəti