Lənkəran ŞT 9iyun 2019-cu il tarixli tədbiri


12.06.2019



AKP MİK Rəyasət heyətinin məlumatı

Azərbaycan Kommunist Partiyası Lənkəran şəhər partiya komitəsinin 9 iyun 2019-cu il tarixdə partiya aktivinin iştirakı ilə növbəti büro iclası keçirilmişdir. Partiya aktivinin tədbirinə AKP MİK sədri Hacı Hacıyev, AKP MNTK sədri Aqşin Mustafayev və AKP MİK sədrinin müavini Ələsgər Xəlilov dəvət olunmuşdular. Tədbirdə zona üzrə koordinator, Masallı rayon partiya təşkilatının birinci katibi Paşayev Eynulla iştirak etmişdir.

Tədbiri AKP Lənkəran şəhər təşkilatının birinci katibi Yaşar Qafarov açmışdır. O, partiya işinə dair qısa məlumat verdikdən sonra sözü AKP MİK sədri Hacı Hacıyevə vermişdir. Hacı Hacıyev partiya daxili vəziyyətlə və AKP-nin VII qurultayının qərarlarının yerinə yetirilməsi və qarşıdakı vəzifələr haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Sonra söz AKP MİK sədrinin müavini Ə. Xəlilova verilmişdir.

Müzakirələrdə Lənkəran şəhər partiya təşkilatının üzvləri Qubadov Şəmsəddin, Piriverdiyev İltifat, Kərimov Ədalət iştirak edərək partiya təşkilatının fəaliyyətinin gücləndirilməsində təbliğat, təşviqat işinin aparılmasına, gənclər arasında partiya işinin yayılmasına və partiya özəklərinin keyfiyyətcə yaxşılaşdırılmasında şəhər təşkilatının vəzifələrinə dair təkliflərini vermişlər.

Lənkəran şəhər partiya aktivinin tədbirini AKP MİK sədri Hacı Hacıyev yekunlaşdırdı.

AKP MİK Rəyasət heyəti