Nəriman Nərimanovun anadan olmasının 148 ili - tədbir


2018-04-18 18:41:40



14 aprel 2018-ci il tarixdə kütlələrin mübariz təşkilatçısı və başçısı zəkalı və iradəli dahi Nəriman Nərimanovun anadan olmasının 148 ili tamam olur. Bu münasibətlə Azərbaycan KP MİK-in mərkəzi qərargahında 14 aprel saat 16-00-da yığıncaq keçirilmişdir. Yığıncaq iştirakçıları AKP MİK "Elm və mədəniyyət" şöbəsinin müdiri Mehti Şəhriyarlının "Tarixi şəxsiyyət, kommunist əxlaqlı dahi"yə həsr olunan məruzəsini dinləmişlər. Yığıncaq iştirakçisı,AKP Xətai RT katibi Əmrulla Şirvanovun təklifi ilə AKP MİK Rəyasət heyətinin yanında "Nəriman Nərimanov siyasi məktəbi"yaradılması təklifini bəyənərək məktəbin siyasi proqramının hazırlanmasına qərar vermişdir.Yığıncaq siyasi məktəbə rəhbərliyi hüquqşünas Əmrulla Şirvanova tapşırmışdır.
Yığıncaqda AKP MİK Rəyasət heyətinin partiya üzvlərinə və təəssübkeşlərinə müraciəti qəbul olunmuşdur.
Yığıncaq iştirakçılarından bir qrupu qərargahdan dahi rəhbərin Yasamal rayonundakı əzəmətli heykəli önünə yollanmışlar.
Heykəl önündə partiya sıralarına qəbul yeni qəbul olunan Turan Quliyevə partiya bileti təqdim olunmuşdur.
Heykəl önünə tər qərənfillər qoyan kommunistlər Nəriman Nərimanov dühasını tarixi maraqlı epizodlarla bir daha yad etmişlər.

AKP MİK Rəyasət heyəti