17.04.2019
14 aprel 2019-cu il tarixdə saat 15:00-da Azərbaycan KP MİK Rəyasət heyəti görkəmli ictimai-siyasi xadim, dahi Nəriman Nərimanovun anadan olmasının 149-cu il dönümü münasibətilə onun Yasamal rayonu ərazisində yerləşən əzəmətli heykəli önündə tədbir keçirmişdir. Tədbiri AKP MİK sədri Hacı Hacıyev açmışdır. Nəriman Nərimanovun siyasi fəaliyyətinə dair məruzə ilə AKP MİK “Elm və Mədəniyyət” komissiyasının sədri Mehdi Şəhriyarlı çıxış etmişdir. Tədbir iştirakçıları əzəmətli heykəlin önünə qərənfillər düzmüşlər.