12.04.2023
14 aprel 2023-cü il tarixdə dahi Nəriman Nərimanovun anadan olmasının 153 ili tamam olur.
Zəhmətkeşlərin azadlığı və səadəti uğrunda bütün qüvvəsini, bilik və bacarığını xalqı ictimai və milli zülmdən azad etmək işinə sərf etmiş, onun xoşbəxt gələcəyi uğrunda mübarizə aparan, kənd müəllimindən Kommunist partiyasının və Sovet dövlətinin görkəmli xadiminə kimi çətin və mürəkkəb bir yol keçmişdir.
Xalqa məhəbbəti onun şüurlu həyatının arzu və məqsədlərini müəyyən edirdi. Öz taleyini xalqın müqəddəratı ilə bağlayan Nəriman Nərimanov tükənməz xalq yaradıcılığına dərin inam bəsləyirdi. Doğma xalq kütləsini marifləndirmək, onun ictimai və siyasi şüurunu oyatmaq və inkişaf etdirmək N. Nərimanovun əsas ideallarından biri idi. Öz idealını həyata keçirmək üçün o daim hərarətlə yeganə bir məqsədə doğru, xalq kütlələrində siyasi, inqilabi şüur oyatmağa doğru can atırdı. Bu səbəbdəndə onun ədəbi və maarifçilik fəaliyyəti siyasi və ictimai-inqilabi xarakter daşıyırdı.
N. Nərimanov məşhur bir xalq həkimi, fəhlələrin, kəndlilərin sevimlisi olmuşdu. Zəhmətkeş kütlələr ona "bizim doktor" deyirdilər.
N. Nərimanovun mərd və nəcib obrazı həmişə Azərbaycan zəhmətkeşlərinin qəlbində yaşayacaqdır.
Azərbaycan KP
MİK Rəyasət heyəti