Novruz təbriki


2018-03-19 16:23:51



Hörmətli partiya üzvləri və təəssübkeşləri!

Tarix boyu insanlar uzun sürən təkamülün və ictimai inkişafın məhsulu olaraq, onlarda insani duyğular yaranmış, insan xarici mühit hadisələrinə qarşı reaksiya vermişdir.

Təbiətin fəsilləri dəyişdikcə insanlar öz həyatlarını nizamlamaq, başqalarına xeyirxah, mehriban münasibət bəsləmək, arzularına hakimlik edərək ataların dediyi kimi “yaxşılığa yamanlıq hər kişinin işidir, yamanlığa yaxşılıq mərd kişinin işidir” prinsipinə əməl etməyə çalışırlar.

Bahar fəslinin gəlişi insanlarda əhvali-ruhiyyəni artırır, insanlar arasında mehribançılığa mane olan hər şeyə qarşı amansız mübarizəyə çağırır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyəti kommunistləri və partiyanın təəssübkeşlərini Novruz bayramı münasibəti ilə təbrik edir!

Sizlərə sağlamlıq, ailə səadəti, işlərinizdə uğurlar arzulayırıq!

Bayramınız mübarək!

 

Azərbaycan KP MİK-in Rəyasət heyəti