Partiyanın qərargahında növbəti iclas


2018-05-27 18:20:37



Azərbaycan KP MİK Rəyasət heyətinin 26 may 2018-ci il tarixdə partiyanın qərargahında növbəti iclası kecirilmişdir.
AKP MİK sədri Hacı Hacıyev 9 may Qələbə gününün 73-cü ildönümü münasibəti ilə AKP MİK-in rəyasət heyətinin 28 aprel 2018-ci il tarixli iclasının qərarına əsasən partiya aktivinə "Fəxri fərman"ları təqdim etmişdir.
İclasda AKP MİK Rərasət heyətinin "9 May Qələbə günü" münasibəti ilə keçirdiyi tədbirin yekunlarına dair arayışı, AKP MİK-in və AKP NTK-nın birgə XIII plenumuna hazırlığın gedişinə dair, KPRF-in K. Marksın 200 illiyinə- irimiqyaslı elmi-praktik beynəlxalq konfransı, Pioner təşkilatının yaranma gününə həsr olunan tədbirləri haqqında məlumatlar və AKP Lənkaran rayonu Şilavar kənd ərazi ilk partiya təşkilatının qeydiyyata götürülməsi haqqında məsələləri müzakirə edilmişdir
Müzakirələrdə Ə.Xəlilov, Ə.Şirvanov, S.Süleymanov, A.Orucov, H.Hacıyev iştirak etmişlər.
İclas müakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul etmişdir.

AKP MİK Rəyasət heyəti