Qələbə - 75 il


09.05.2020



Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin
Təbriki !
9 May 2020-ci ildə Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsinin 75 ili tamam olur.
Böyuk Vətən müharibəsində sovet adamlarının alman faşizminə qarşı nəhəng döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıq nəsillər ücün heç zaman sönməyəcək örnəkdir. Ata-babalarımızın vətənpərvərliyi, fədakarlığı bizlərə qoçaqlığı öyrədir.
Sovet Ordusunun 1945-ci ilin may ayında qələbəsi dünyanın müstəmləkə və asılı ölkələrində milli-azadlıq hərəkatının yeni güclü yüksəlişinə səbəb olmuşdur.
Sovet xalqı müharibə dövrünün əsas ağırlığını öz üzərinə götürdü. Buna baxmayaraq SSRİ müharibədən daha da möhkəmlənmiş halda çıxdı, onun beynəlxalq nüfuzu və təsiri xeyli artdı.
Sülh qüvvələrinin müharibə qüvvələri üzərindəki şərhsiz üstünlüyü şəraitində də dahi Leninin belə bir müddəası öz qüvvəsində qalır ki, imperializm mövcud olduqca, müharibənin iqtisadi əsasları da qalır.
Sovet xalqı alman-faşist içğalcıları və yapon samurayları üzərində tarixi qələbə çaldıqdan sonra dinc quruculuq planlarını həyata kecirilməsini davam etdirdilər. Müharibədə qələbə çalmaq Sovet xalqına çox baha tamam olmuşdu. Müharibə xalqa elə bir dərd gətirdi ki, onun acısı indi də milyonlarla ananın, dul qadının və yetimin qəlbindən çıxmamışdır.
Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsi dünyada sosializm uğrunda mübarizə aparan bütün qüvvələrin SSRİ ətrafında birləşməsinə səbəb oldu.
Böyük Vətən müharibəsində Sovet İttifaqının qələbəsinin rəhni ölkəyə rəhbərlik edən Sovet İttifaqı Kommunist Partiyasının və onun Leninci sülh siyasətinin davamçısı İ.V.Stalinin təşkilatçılıq, sərkərdəlik qabiliyyəti olmuşdur.
Yer üzündə müharibə təhlükəsi yenidən imperialistlər tərəfindən qızışdırılır, onun sərhədləri genişləndirilir.
Respublikamızın ərazisinin 20%-dən çoxu erməni millətçilərinin işğalındadır. Özgə torpağına göz dikən erməni qəsbkarları otuz ilə yaxındır işğal etdiyi torpaqlarımızdan rədd olmaq istəmirlər. Onlarla aparılan ədalətli, qonşu münasibətlərimizə hər gün atəşkəsi pozmaqla, cəbhə xəttində əsgərlərimizi şəhid etməklə cavab verirlər. Dünya isə xalqımızın haqq səsinə biganədir.
Azərbaycan Kommunist Partiyası respublikamızın bütün siyasi qüvvələrini dünya imperialist qüvvələrinin hazırladığı yeni müharibə ocaqlarını yaratmaq əməllərinin ifşa olunması üçün birliyə çağırır, imperializmin yaramaz əməllərini pisləyir, sülh, demokratiya və müstəqilliyimizin qorunub saxlanması uğrunda mübarizə üçün sağlam qüvvələri sıralarına dəvət edir, vətənpərvər qüvvələrin səfərbər olmalarını istəyir və özünü respublikamızın imperialist təcavüzündən qorunması ücün vahid xalq cəbhəsində iştirak etməyə hazır oldduğunu bildirir.
Yaşasın Böyük Vətən müharibəsində Sovet İttifaqının qələbəsinin 75 -ci ildönümü!
 
Qarabağa azadlıq !
 
Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət heyəti