Qurultay


2018-11-01 22:32:15



Azərbaycan Kommunist Partiyası

 Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin

Məlumatı.

28 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində partiyanın mərkəzi qərargahında səhər saat 11.00-da AKP-nin növbəti VII qurultayı öz işinə başlamışdır. Qurultayı AKP-nin veteranı Mürşüdov Bəhram Rəsul oğlu açmışdır. Qurultayda Azərbaycan SSR-nin himni səslənmiş və qurultay iştirakçıları ayağa qalxmışlar.

Qurultayın işində partiyanın 22 şəhər, rayon təşkilatından 41nəfər nümayəndə iştirak etmişdir.

Hesabat-seçki qurultayı özünün işçi orqanlarını: Rəyasət heyətini, Redaksiya və Mandat komissiyalarını seçdikdən sonra işinə başlamışdır.

Qurultay nümayəndələri gündəliyi və reqlamentini təsdiq etmişlər.

Qurultayın müzakirəsinə aşağıdakı məsələlər çıxardılmışdır.

  1. 29 sentyabr 2013-cü il tarixdən 28 oktyabr 2018-ci il tarixədək aparılan partiya işinə dair AKP MİK-in hesabatı;
  2. Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabat dövrünü əhatə edən hesabat məruzəsi;
  3. Partiyanın strukturunun təsdiq edilməsi;
  4. AKP-nin Proqram və Nizamnaməsinə ediləcək dəyişikliklər haqqında;
  5. AKP MİK üzvlərinin seçilməsi;
  6. AKP MİK sədrinin seçilməsi;
  7. AKP Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlərinin seçilməsi;
  8. AKP MNTK-nın sədrinin seçilməsi
  9. AKP VII qurultayının nümayəndələrinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Müraciəti haqqında

Qurultayda Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsinin 29sentyabr 2013-cü il tarixdən 28oktyabr 2018-ci il tarixədək hesabat dövrü ərzində apardığı partiya işinə AKP MİK sədrinin müavini Ələsgər Xəlilov çıxış etmişdir.

Hesabat məruzəsindən sonra AKP MNTK-nın sədri Akif Orucov hesabatı dinlənilmişdir.

Hesabatlar ətrafında müzakirələrdə qurultay nümayəndələrindən Rüstəm Qüdrətov (İmişli RT), Eynulla Paşayev (Masallı RT), Mehdi Şəhriyarlı (Sumqayıt RT), Məzəddin Əyyubov (Nərimanov RT), Muradxanov Ağakərim (Xaçmaz RT), Yaşar Qafarov (Lənkəran RT), Turan Quliyev (Xətai RT), Bəyverdi Tağıyev (Lənkəran RT), Ənvər Aslanov (Sabirabad RT), Vitaliy Vadulin (Səbail RT) çıxış etmiş və partiya özəklərinin yaradılması, təşkilati işlərin aparılması, ilk təşkilatların partiyanın bütün təşkilat quruluşunun əsas və mühüm dayağı olmasını partiyanın bütün daxili həyatı, kütlələrlə çoxcəhətli fəaliyyəti ilk partiya təşkilatlarından başlandığını qeyd etmişlər.

Qurultay hesab etmişdir ki, ərazi ilk partiya təşkilatları adamları seçib partiya sıralarına ən yaxşılarını qəbul etməklə diqqətli iş aparmalı, öz sıralarını əqidəli, partiya işi uğrunda, partiya Proqramının, qurultayların və MİK-in qərarlarının həyata keçirilməsi uğrunda mətin mübarizlər hesabına artmasına məsuliyyət daşımalıdır. Ona görə ki, məhz ilk özəkdə hər bir nəfər öz təşkilat yoldaşlarının gözü qarşısında olduğu üçün partiya üzvü adını və rolunu yüksəltmək, partiya sıralarının saflığı, ideya və təşkilat birliyinin keşiyində durmaq, partiya sıralarını təsadüfi şəxslərdən təmizləmək ilk təşkilatın çox mühüm vəzifəsidir.

Partiya fəalları marksizm-leninizm klassiklərinin irsini dərindən öyrənməli, partiyanın hər bir üzvü yorulmadan öz ideya səviyyəsinin yüksəldilməsi üzərində işləməlidir. Partiya və onun bütün təşkilatları sosialist şüurunun kütlələrə aşılamağı özləri üçün mühüm vəzifə olduğu qəbul etməlidirlər.

Qurultay Respublika kommunist təşkilatları, qrupları içərisində kommunist hərəkatı birliyini təmin etmək naminə işlərin genişləndirilməsi, sağlam kommunist qüvvələrin bir partiyada birləşdirilməsi üçün təşkilati və izahat işlərinin genişləndirilməsini vacib saymışdır.

Fəaliyyəti 1991-ci ilin sentyabr ayının 14-də qanunsuz olaraq dayandırılan AKP-nin yenidən fəaliyyətinin bərpasından bu ilin noyabr ayının 27-də 25 ili tamam olur. Yubiley ilinin partiyanın rayon, şəhər təşkilatlarında qeyd olunması tövsiyə olunmuşdur. AKP MİK-in sədri mərhum Ramiz Hasım oğlu Əhmədovun 2019-cu ilin mart ayının 5-də anadan olmasının 80 illiyi münasibəti ilə yubiley tədbirinin keçirilməsi nəzərə alınmışdır.

Qurultay AKP-nin Proqram və Nizamnaməsinə əlavələr və dəyişikliklər edilməsinin başa çatmadığını nəzərə alaraq məsələnin müzakirəsinin 2019-cu ilin aprel ayının 28-də VII qurultayın ikinci mərhələsində müzakirəsinin davam etdirilməsinə dair qərar qəbul etmişdir.

Qurultay Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin hesabat dövrü ərzindəki işini qənaətbəxş hesab etmişdir.

Qurultayda 21 nəfərdən ibarət AKP MİK-in üzvləri və 5 nəfərdən ibarət AKP MNTK-nın üzvləri seçilmişdir.

Qurultay nümayəndələri AKP Nizamnaməsinin 24-cü bəndinə uyğun açıq səsvermə yolu ilə AKP MİK-in sədri ictimai vəzifəsinə iki il müddətinə, 2019-cu ilin oktyabr ayınadək yenidən Hacıyev Hacı Abdulla oğlunu, AKP MNTK-nın sədri ictimai vəzifəsinə açıq səsvermə yolu ilə gənc Mustafayev Aqşin Firuz oğlu seçilmişdir.

28 oktyabr 2018-cu il tarixdə Azərbaycan Kommunist Partiya Mərkəz İcraiyyə Komitəsinin I plenumu keçirilmişdir.

Plenum gündəliyinə təşkilati məsələ çıxarılmışdır.

  1. Təşkilati məsələ - AKP MİK sədrinin müavinin və zonalar üzrə koordinatorların seçilməsi məsələlərinə baxaraq açıq səsvermə yolu ilə Xəlilov Ələsgər Məmməd oğlunu AKP MİK sədrinin müavini, zonalar üzrə koordinatorları – Bəhram Mürşüdovu, Eynulla Paşayevi və Rüstəm Qüdrətovu seçmişdir. AKP MİK-in komissiyalarını müəyyənləşdirilməsini AKP MİK-in Rəyasət heyətinə tapşırmışdır.
  2. AKP VII qurultayının qərarı ümumilikdə qəbul edilmiş və işlənilib hazırlanmasını AKP MİK-ə tapşırmışdır. Qurultay nümayəndələri adında Qarabağ Müraciət qəbul olunmuşdur. Qurultay öz işini 28 oktyabr 2018-ci il tarixdə axşam saat 15:50-də başa vurmuşdur.

Qurultay nümayəndələrinin adından Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müraciəti qəbul olunmuşdur. Qurultay öz işini 28 oktyabr 2018-ci il tarixdə axşam saat 15:50-də başa çatdırmışdır.

 

Azərbaycan KP

Mərkəzi İcraiyyə Komitəsi

Rəyasət heyəti

 

 

Azərbaycan Kommunist Partiyası

VII qurultayının nümayəndələrinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar
Müraciəti.

Biz, Azərbaycan Kommunist Partiyası VII qurultayının nümayəndələri Azərbaycan torpaqlarına və xalqına qarşı 25 ildən çox davam edən, erməni təcavüzünə öz etirazımızı bildiririk.

Ermənistan silahlı qüvvələrinin və onların beynəlxalq havadarlarının köməyi ilə respublikamıza qarşı aparılan müharibə nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından qovulmuş, minlərlə insan öldürülmüş, minlərlə vətəndaşımız itgin düşmüş və girov götürülmüşdür.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının zəbt olunmuş Azərbaycan ərazilərindən erməni işğalçıların şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi, Avropa parlamenti, Avropa Şurasının bir sıra qərar və qətnamələri bu günə kimi icra olunmur, erməni cəlladları törətdikləri cinayətlərə görə cəzasız qalıblar.

Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri rəhbərlərinin məsələnin həlli istiqamətindəki bəyanatları Ermənistan rəhbərliyi tərəfindən nəzərə alınmır.

Ermənistanın siyasi rəhbərliyi tərəfindən işğal altında olan torpaqlarımızda tarixi və mədəniyyət abidələrini dağıtma prosesi davam etdirilir. Silah gücünə boşaldılmış ərazilərimizdə beynəlxalq hüquqa zidd olaraq başqa ölkənin vətəndaşları məskunlaşdırılır.

Dünyaya humanistlikdən dəm vuran beynəlxalq təşkilatların qərarlarının ikili mövqedə olması vəziyyəti daha da gərginləşdirir. Belə siyasət erməni təcavüzkarlarını yeni-yeni cinayətlər törətməyə sövq edir.

Azğın erməni millətçiləri Dağlıq Qarabağın işğal olunmuş torpaqlarda narkotik yetişdirilməsi və onun müxtəlif ölkələrə göndərilməsi ilə məşğul olurlar. Ermənistanın işğalı davam etdirməsi dünyada sülhə nail olmaq üçün çox böyük maneədir.

Biz, Azərbaycan Kommunist Partiyası VII qurultayının nümayəndələri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tezliklə bərpa edilməsini beynəlxalq təşkilatlardan tələb edirik!

Kapitalın hökmranlığı şəraitində daim ümumdünya miqyasında yalanı və ikiüzlülüyü təbliğ etmək, yalanı təbliğ edən güclü mənəvi nökərlər ordusu saxlamaq, hər cür ikiüzlülüyə bəraət qazandırmaq, mətbuat və söz azadlığını kağız üzərində iyrənc bir saxtakarlığa çevirmək, insan iradəsinə bu cür təsir dağıdıcı və məhvedicidir,On lari n şərəf və ləyaqətini tapdalamaqdır. Ədalətsizliyə qarşı protest mənəviyaıea zəngin marksist-leninçi partiyanın əxlaq kodeksidir, Xalqlar arasına millətçilik toxumu səpən riyakarların tezliklə cəza alacaqlarına əminik!

 

Azərbaycan Kommunist Partiyası

VII Qurultayının nümayəndələri