03.03.2023
6 mart Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin mərhum sədri Ramiz Əhmədovun anadan olduğu gündür.
Ramiz Əhmədov əqidəsinə, məsləkinə sadiq insan idi. Bu ona bəzən nə qədər baha başa gəlsə də heç vaxt öz əqidəsindən dönməmişdir.
Tarixdən bizə məlumdur ki, əqidə sahibləri çox vaxt dar ağacına aparılsalar da, tonqalda yandırılsalar da, öz əqidələrindən dönməmişdirlər. Ramiz müəllim belə insanlarla müqayisə edilməyə layiq əqidə adamı idi.
O, gözü, nəfsi tox, istək və arzularını iradəsinə tabe etməyi bacaran insan olub. O, şirin sözlü-söhbətli, çox mənalı və məntiqli danışıq qabilliyyətinə malik olan mübariz ruhlu mübariz düşüncə adamı, qüsursuz qələm sahibi, tanınmış ictimai-siyasi xadimdir. Söhbətlərində yeri düşdükcə atalar sözləri, zərb-məsəl, şeir misralarından istifadə edirdi. Dostları, qohumları, qonaqları onun söhbətlərinə qulaq asmağı çox sevirdilər, söhbətlərindən ayrılmaq istəmirdilər.
Ramiz müəllimin tərifə heç ehtiyacı yoxdur!
Onu tanıyanlar bunu yaxşı bilirlər.
Azərbaycan Kommunist Partiyası
MİK Rəyasət heyəti