Ramiz Əhmədovun anım günü


10.09.2017



10 sentyabr 2017-ci il tarixdə Azərbaycan Kommunist Partiyasınin fəaliyyətinin bərpa olunmasının fəal iştirakçılarından olan mərhum Ramiz Əhmədovun anım günüdür.
Marksist-leninçi partiyanın 1993-cü ilin axırlarında yenidən respublikanın siyasi həyatında yaxından iştirak etməsinə calışan və buna qismən nail olan,Ramiz müəllim zəhmətkeşlərin bu təşkilatda birləşib proletariat diktaturasının hökm sürəcəyi yenilənmiş sosializm quruculuğu uğrunda siyasi mübarizəyə qoşulmalarından ötrü partiyanın rəhbəri kimi, məqsədəyönlü partiya işi aparmışdır.İstək və arzularını həyata keçirməkdən ötrü onun səhhəti buna imkan vermədi.
Hal-hazırda Azərbaycan Kommunist Partiyasının üzvləri mərhum Ramiz Əhmədovun siyasi fəaliyyətinin davamçıları olaraq dünya ictimaiyyətinin diqqət mərkəzində olan qlobal problemlərin-milli münasibətlərin həlli, iqtisadiyyatın qloballaşması, beynəlxalq terrorizmə qarşı mübarizə,işsizlik, su, ərzaq qıtlığı məsələlərınin həllində fəal iştirak etməkdən ötrü ,partiya özünün təşkilatlanma prosesini davam etdirir.
Ailə üzvləri,qohumları, dostları,əqidə yoldaşları Ramiz müəllimin əziz xatirəsini daim hörmətlə anırlar.
Azərbaycan Kommunist Partiyası MİK-in Rəyasət heyəti.