Rüstəm Qüdrətovun yubileyi


16.03.2019



Azərbaycan Kommunist Partiyası İmişli rayon komitəsinin birinci katibi Rüstəm Əlisahib oğlu Qüdrətovun 15 mart 2019-cu il tarixdə 70 yaşı tamam oldu.

1993-cü ildə fəaliyyəti bərpa edilən Azərbaycan Kommunist Partiyası İmişli rayon təşkilatının üzvü olan, sonralar partiya təşkilatına katib seçilən Qüdrətov Rüstəm bu gün də siyasi fəaliyyətini davam etdirir.

Mənsub olduğu siyasi partiyanın proqramının yerinə yetirilməsində fəallıq göstərən, insanın insan tərəfindən istismarına rəvac verən kapitalizm quruluşuna qarşı barışmaz mövqedə dayanan, kütlələr arasında təbliğat işi aparan, ona hüquqi yardım üçün müraciət edən insanların müdafiəsinə qalxıb müxtəlif hüquq mühafizə orqanlarının qapısını döyərək hüququ pozulanların haqqını özlərinə qaytarmağı bacaran, marksist-leninçi partiyanın haqq işi uğrunda fədakarlıqla mübarizə aparan yüksək ideyalı kommunist AKP MİK üzvü, zona üzrə koordinator Rüstəm Qüdrətova yenilməz qüvvə arzulayırıq.

Sosial ədalət prinsiplərinin bərqərar olması istəyinin yerinə yetməsi üçün yenilənmiş sosializm cəmiyyətinin quruculuğu uğrunda mübarizəyə özünü həsr edərək bu yolda həyatın hər cür acılarına, məşəqqətlərinə dözür.

Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyəti ləyaqətini qoruyaraq insanlıq sifətini dəyərli edən, beynəlmiləlçi, vətənpərvər olan Rüstəm müəllimi yubileyi münasibəti ilə təbrik edir, ona sağlamlıq və mübarizlik arzulayır.

Azərbaycan KP MİK Rəyasəti heyəti