Şərəfli ömür yolu


2018-09-01 16:33:17



Azərbaycan KP Xətai rayon təşkilatının üzvü Çərkəzov Fərrux Şavəddin oğlu 2018-ci ilin avqust ayının 5-də 81 yaşında vəfat etmişdir. Partiya sıralarında 50 il işləmiş və partiyanın nizamnaməsinə sədaqətlə xidmət etmişdir. Partiya işindən düzgün nəticə çıxaran, hadisələri düzgün qiymətləndirən siyasi mədəniyyətli, vətəndaşlıq qeyrətli partiya üzvü olmuşdur. O, sakit təbiətli, sevincini, qəzəbini bildirməyən, partiya sıralarında cərəyan edən hadisələrə biganə qalmayan, belə hallara dərhal öz obyektiv münasibətini bildirən şəxsiyyət idi. Ürəyindən keçənləri onunla danışanda bilmək olardı ki, o dünyadakı siyasi vəziyyətin necə təhlilini verir, dünyada gedən siyasi hadisələri qiymətləndirməyi bacarırdı. Onun vətəndaşlıq qeyrəti partiya üzvlərinin çoxuna nümunə idi.

Hörmətli partiya yoldaşımızı itirdiyimizə görə çox təəssüflənirik. Azərbaycan KP MİK-in Rəyasət heyəti Fərrux Çərkəzovun əziz xatirəsini əsas tutaraq onun ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir.

Azərbaycan KP MİK-in Rəyasət heyəti