T. Nurullayevin rəhbərlik etdiyi təşkilatın bir qrup kommunistləri tərəfindən MÜRACİƏT


2018-03-12 12:44:13



Biz, AKP MK-nın 1-ci katibi T.Nurullayevin və AKP-nin Lənkəran rayon komitəsinin büro üzvləri tərəfindən uzun illər yol verilən yalan və saxta fəaliyyətləri ilə əlaqədar məlumatsız olduğumuzu bu yaxınlarda bilərək, AKP Lənkəran rayon təşkilatının aşağıda adları yazılmış və imzaları ilə təsdiq edilmiş kommunistləri həmin təşkilatın sıralarını tərk edərək respublika Ədliyyə Nazirliyinin dövlət  qeydiyyatından keçən və hal-hazırda aktiv fəaliyyət göstərən, Hacı Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının sıralarına qatıldığımızı bəyan edirik.

Belə ki, AKP-nin 1996-cı ilin noyabr ayında keçirilən AKP MİK-in və AKP NTK-nın birgə plenumunda partiya sıralarında pozucu əməllərinə və qruplaşma yaratdıqlarına görə  Telman Nurullayev və bir neçə qruplaşma üzvü Nizamnamə tələblərini pozduqları üçün AKP-nin sıralarından xaric edilmişlər.

Buna baxmayaraq 14.01.2001-ci ildə partiya sıralarından xaric edilmiş həmin qrup yenidən birləşərək Kommunist Partiyası adı altında özlərinin birinci qurultayını çağıraraq yeni siyasi partiya (Maksizim-Leninizim platformasında) təsis etmişlər. Lakin bu partiyanın qeydiyyata alınmaması barədə məlumat kommunistlərdən gizlədilmiş və bizləri aldatmışlar. T.Nurullayev həmin partiyanın birinci katibi seçilmişdir.

2011-ci ilin oktyabr ayında T.Nurullayevin rəhbərlik etdiyi AKP (M-L) və  Ə. Xəlilovun rəhbərlik etdiyi AKP MİK birləşərək birliyi AKP adlandırılmışlar. Lakin Ədliyyə Nazirliyi tərəfindən T. Nurullayevin rəhbəri olduğu AKP (M-L) qeydə alınmadığı üçün birləşmə faktı yenidən qeydə alınmamışdır. Birləşmək hüquqi cəhətdən qeyri-qanuni hesab edilmişdir.

29.09.2013-cu ildə AKP MK-nın plenumunda həmin partiya qrupları əvvəlki tərkibdə ayrılandan sonra AKP (M-L) kimi deyil birləşdiyi partiyanın adı ilə qeyri-qanuni fəaliyyət göstərməkdə davam edir. Bütün bu qeyri-qanuni fəaliyyət sıravi kommunistlərdən gizlədilmiş və bu haqqda heç bir məlumat verilməmişdir.

Biz aşağıda imza edən kommunistlər T.Nurullayevin rəhbərlik etdiyi bu qrupun tərkibindən ayrılmağımızla əlaqədar olaraq qeyri-qanuni yığılmış üzvlük haqlarının və bizim tərəfimizdən edilən yardımların Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş Hacı Hacıyevin rəhbərlik etdiyi AKP-nin hesabına köçürülməsini tələb edirik.

 

1.       Qafarov Yaşar Qasım oğlu   

2.       Tağıyev Bəyvervi Mirəziz oğlu

3.       Abdullayev Orcəli Şahvəli oğlu

4.       Bədəlov İlqar Xudaverdi oğlu

5.       İbadov Şəmsəddin Sabir oğlu

6.       Şahverdiyev Zaur Zəkəriyya oğlu

7.       Bağırov Məhərrəmli Şahhüseyn oğlu

8.       Məmmədov Xıdır Sahil oğlu

9.       Səfərov Müqabil Məhərrəm oğlu

10.     Dövlətov Xanoğlan Əziz oğlu

11.     Səlimov İlyas İskəndər oğlu