13.04.2019
31 mart 2019-cu ildə Türkiyədə keçirilən “bələdiyyələrə seçkilərdə” iştirak edən Türkiyə Kommunist Partiyası və Sosialist Məclislər Federasiyasının namizədi Fatih Maçoğlunun uğur qazanması münasibətilə kommunist yoldaşlarımızı Azərbaycan Kommunist Partiyası üzvləri adından təbrik edirik!
İnanırıq ki, Fatih Maçoğlunun rəhbərlik edəcəyi bələdiyyə Türkiyə xalqına xidmətini yüksək səviyyədə quraraq gələcək siyasi fəaliyyətlərinə uğurun əsasını qoyacaqlar.
Bu məsuliyyətli işinizdə sizə uğurlar arzulayırıq, kommunist yoldaşlar!
Hacı Hacıyev
Azərbaycan KP
Mərkəzi İcraiyyə Komitəsinin sədri