V. İ. Lenin - 148


2018-04-21 16:10:14



Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətində

2018-ci ilin aprel ayının 22-də beynəlxalq fəhlə sinfinin, bütün zəhmətkeşlərin rəhbəri Vladimir İliç Leninin anadan olmasının 148 ili tamam olur.

Bu münasibətlə, Azərbaycan Kommunist Partiyası MİK-in Rəyasət heyəti 21 aprel 2018-ci il tarixdə partiyanın mərkəzi qərargahında tədbir keçirmişdir.

Lenin özünün bütün həyatını fəhlə sinfinin, bütün zəhmətkeş xalqın istismar və zülmdən xilas edilməsi işinə, sosialist inqilabı işinə, yeni cəmiyyət, kommunizm cəmiyyəti qurulmasına həsr etmişdir. O, Marks-Engelsin nəzəri irsini yeni tarixi şəraitə uyğun inkişaf etdirmiş və zənginləşdirmişdir. Baş verən hadisələri elmi surətdə, dərindən təhlil etmək, sinfi qüvvələrin nisbətini və yerləşməsini düzgün nəzərə almaq, aydın məqsədlə fəaliyyət göstərmək, mübarizədə çevik taktika yeritmək, proletar hərəkatının mənafeyinə və məqsədlərinə sədaqətlə xidmət etmiş dünyada birinci sosialist dövlətinin banisi olmuşdur.

Azərbaycan Kommunist Partiyası Lenin irsinə arxalanaraq müasir burjua ideologiyasına qarşı mübarizə yollarını öyrənir.

Azərbaycan Respublikasını zəhmətkeşləri Lenin dühasının rəhbərliyi ilə yaradılan sosializm cəmiyyətinin quruculuğunda fəal iştirak etmiş və yetmiş ildən çox vaxt ərzində azərbaycan xalqının firavan yaşamasına nail olmuşlar. Yaşlı və orta nəsil sosializm təlim-tərbiyəsi görmüş, ali təhsil almış, 100% məktəb təhsili olan respublikamızın zəhmətkeş əhalisi öz xilaskarını hörmətlə yad edir və bəşəriyyətin qarşısıalınmaz ictimai tərəqqisinə – yenilənmiş sosializmin bərpası uğrunda çarpışan mübarizələrin həmrəyliyini bəyənirlər.

Leninin adı və işi yaşayır!

 

Azərbaycan KP MİK-in Rəyasət heyəti