21.04.2023
22 aprel 2023-cü il tarixdə proletariatın dahi rəhbəri Vladimir İliç Leninin anadan olmasının 153 ili tamam olur.
Sosial - demokratiyanın ideya cərəyanından marksist partiyasına, Rusiya proletariatının mübariz siyasi rəhbərinə çevrilməsi V.İ. Leninin adı ilə bağlıdır. O partiyanın sinfi təbiətinin dəqiq müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verirdi və belə bir fikri müdafiə edirdi ki, partiyanın gərək aydın ifadə edilən siyasi xarakteri olsun.
Rusiyada bolşeviklər partiyası məhz proletariat partiyası kimi (özünün sinfi xarakterinə görə) yaranmışdı. O, ona görə proletar partiyası idi ki, Rusiyanın fəhlə sinfini təmsil edirdi.
V.İ. Lenin yazırdı: "Əlbəttə, fəhlə partiyası əksərən fəhlələrdən ibarətdir. Lakin partiyanın həqiqətən siyasi fəhlə partiyası olub- olmadığı onun təkcə fəhlələrdən ibarət olmasından asılı deyildir, habelə ona kim tərəfindən rəhbərlik edilməsindən və onun hərəkətlərinin, onun taktikasının, məzmununun nədən ibarət olduğundan asılıdır. Qarşımızdakı partiyanın həqiqətən proletariatın siyasi partiyası olub-olmadığı da yalnız bu axırıncı cəhətlə müəyyən olunur".
Fəhlə sinfinə partiya nə üçün lazımdır?
Partiya fəhlə sinfinə burjuaziya əleyhinə apardığı sinfi mübarizəyə başçılıq etmək üçün lazımdır. Fəhlə sinfi həmin mübarizəsini üç formada aparmalıdır: iqtisadi, siyasi və ideoloji.
Partiya inqilabi mübarizə aparan fəhlə sinfinə ona görə lazımdır ki, sosialist şüurunu cəmiyyətin mübarizlər kütləsiə çatdırsın. Kapitalizm şəraitində fəhlə sinfi sosialist şüurunu özü işləyib hazırlaya bilmir. Çünki, fəhlə bütün vaxtını ailəsinin dolanması üçün vəsait əldə etməkdən ötrü sərf edir. Onların lazımi təhsil almaq, dərin nəzəri iş aparmaq (onların asudə vaxtı çox az olur) üçün çox az imkana malik olurlar.
Nəzərə alınmalıdır ki, dünyada iki ideologiyanın mübarizəsi heç vaxt ara verməyəcək.
V.İ. Lenin yazmışdır: " Məsələ ancaq bu cürdür: ya burjua məfkurəsi, ya sosialist məfkurəsi. Burada orta bir şey yoxdur".
Kommunist Partiyası fəhlə sinfinin və zəhmətkeşlərin siyasi rəhbəri olması üçün, düzgün siyasət məsələlərini işləyib hazırlanması və həyata keçirilməsi uğrunda mübarizə partiyanın fəaliyyətində əsas cəhət olmalıdır.
Azərbaycan Kommunist Partiyası
MİK Rəyasət heyəti