Xətai rayon təşkilatı bərpa edildi


09.09.2017



Azərbaycan Kommunist Partiyası MİK-in Rəyasət heyətinin 9 sentyabr 2017-ci il tarixdə saat 16-00-da partiyanın mərkəzi qərargahında iclası keçirilmişdir.
İclasda "Böyük Oktyabr sosialist inqilabının 100 illik yubileyi qarşısında" tədbirlər planına uyğun "Partiyanın mübariz himni"İnternasional" mövzusunda Azərbaycan KP MİK sədrinin müavini Ə.Xəlilovun məruzəsi, AKP MİK-in və NTK-nın birgə plenumuna hazılığın yekunları haqqında AKP MİK sədri H.Hacıyevin məlumatı dinlənilmiş, Xətai rayon partiua təşkilatının AKP MİK- in sədrinə ünvanladığı yazılı müraciətini həmin partiya təşkilatının katibi Əmrulla Şirbanov iclas iştirakcılarının nəzərinə çatdırmışdır.
İclas iştirakçıları H.Hacıyev, M.Şəhriyarlı, V.Quliyev, Ş.Tağıyev, Ə.Xəlilov, S.Süleymanov çıxış edərək gündəliyin məsələlərinə münasibətlərini bildirmişlər.
İclasda Azərbaycan KP Xətai rayon təşkilatının fəaliyyətinin bərpa edilməsinə razılıq vermişdir.