Xətai rayon təşkilatının ümumi yığıncağı


2018-05-29 18:35:58



Azərbaycan Kommunist Partiyası
Xətai rayon təşkilatının ümumi yığıncağı haqqında məlumat

28 may 2018-ci ildə AKP Xətai rayon təşkilatında ümumi yığıncaq keçirilmişdir.
Yığıncaqda AKP Xətai rayon təşkilatının katibi Ə.Şirvanov yığıncaq iştirakçılarına AKP MİK RH-nin 26 may 2018-ci il tarixli iclasında müzakirə edilmiş məsələlər barədə geniş məlumat vermişdir. Ondan sonra AKP-nin 24 iyun 2018-ci il tarixli Plenumuna və rayon təşkilatının hesabat-seçki yığıncağına hazırlıq, AKP Proqramına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı rayon təşkilatında işçi qrupunun yaradılması, Xətai rayon partiya təşkilatında AKP Nizamnaməsinə əməl edilməsi və rayon təşkilatının qəbul etdiyi qərarların icra edilməsi vəziyyəti barədə məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbil edilmişdir.
Yığıncağın sonunda AKP Xətai rayon təşkilatının katibi Ə.Şirvanov “ADR-in yaranmasının 100 illiyi” barədə məruzə ilə şıxış etmişdir. O, ADR-ın yarandığı vaxtda dünyada, sovet Rusiyasında və Zaqafqaziyada mövcud olmuş ictimai-siyasi şərait barədə geniş məlumat vermişdir.
Daha sonra bu qurumun xarici imperialst dövlətlərin, o cümlədən də əvvəl Osmanlı Türkiyəsinin, sonra da Böyük Britaniya dövlətlərinin təzyiq və nəzarəti altında, onların diktəsi ilə fəaliyyət göstərdiyi 23 ay ərzində xalqa zidd siyasət yeritdiyini, sərvət sahiblərinin, mülkədar və kapitalistlərin mənafelərini müdafiə edən, imperialist dövlətlərin əlində oyuncaq bir qurum olduğunu, Bakı XKS-nin neft sənayesinin, mülkədar torpaqlarının, şəhər tikililərinin, bankların, meşələrin, balıq vətəgələrinin, donanmanın və sair sahələrin xalqın xeyrinə milləşdirilməsi, çar məhkəmələrinin buraxılması və zəhmətkeşlərin mənafiyi keşiyində duran xalq məhkəmələrinin yaradılması barədə qərarların ləğv edildiyini, milliləşdirilmiş əmlakların, sahələrin, torpaqların dərhal sahiblərinə qaytarılması barədə qərarlar qəbul edildiyini, onları qaytarmayanların ən ağır cəzaya məhkum edildiyini, bu işə əvvəl türk, sonra da inğilis cəlladları tərəfindən nəzarət edildiyini, həmin şəxslərin güllələndiklərini, dar ağacından asıldığını, bütün bunların Xalq Cumhuriyyəti adlanan qurumun iştirakı ilə qeyd edilən xarici işğalçıların əli ilə edilməsi barədə məlumat vermişdir.
Bundan əlavə o, ADR hakimiyyətinin də bəzi qüvvələrin iddia etdikləri kimi Qızıl Ordunun Bakını işğal etməsi nəticəsində deyil, zəhmətkeş insanların mənafelərini müdafiə edən bolşeviklərin tələbi ilə ADR hökumətinin və parlament üzvlərinin iştirakları ilə Parlamentin iclasında geniş müzakirə edilməklə, yüksək səsçoxluğu, yəni bir nəfər əleyhinə, üç nəfər bitərəf olmaqla, parlamentin qalan bütün üzvlərinin lehinə səs verdikləri qərar əsasında həmin parlamentin hakim musavat fraksiyasından elə həmin parlamentin bolşevik fraksiyasına könüllü surətdə təhvil verilməsini tutarlı faktlarla, o çümlədən də ADR Parlamentinin sonucu iclasının materialları əsasında şərh etmişdir.
O, Qızıl Ordunun da Bakını işğal etmək məqsədi ilə deyil, Bakıda sovet hakimiyyətini qurmuş Azərbaycan zəhmətkeşlərinin xahişi ilə Bakı neftinə və Azərbaycanın digər sərvətlərinə göz dikmiş xarici imperialist dövlətlərinin silahlı qüvvələri tərəfindən işğal edilməsinin qarşısını almaq məqsədi ilə Bakıya gəldiyini bildirmiş və bu mövzu ilə bağlı verilən suallara cavablar vermişdir. Bununla da ümumi yığıncaq işini qurtarmışdır.

AKP MİK Rəyasət heyəti